Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Seçki Xidmətləri

Uninominal 01-Kalyari seçki dairəsindən Deputatlar Palatasına əlavə seçki. Abrutso regionu üzrə cunta və şura sədrinin seçilməsi

Deputatlardan biri istefa etdiyi təqdirdə 20 Yanvar 2019-cu il tarixində bazar günü bir XXVI Sardiniya dairəsinin 01 ‘Kalyari seçki məntəqəsində Deputatlar Palatasına əlavə seçkilərin keçirilməsi haqqında Daxili İşlər Nazirliyinin müraciəti dərc olunur.

Eyni müraciətlə, yuxarıda göstərilən Nazirlik, Abrutso regionu cunta və şura sədrinin seçilməsi üçün seçkiqabağı iclasın, 11 Fevral 2019-cu il bazar günü keçiriləcəyini bildirir.

Daxili İşlər Nazirliyinin Müraciəti – Kalyaridə əlavə seçkilər / Abrutsoda seçkilər

Siçiliya Regionu – 25 Noyabr inzibati seçkilər – Korleone və Palazzo Adriano Bələdiyyələri /növbədənkənar seçkilər

Yayımlanan müraciətə və dərc olunmuş 27 sentyabr 2018-ci il 269 saylı qərara əsasən, Siçiliya Regionu, Korleone və Palazzo Adriano Bələdiyyələrindəki inzibati seçkilərin, 25 noyabr 2018-ci il tarixində keçirilicəyi bildirilir.

Siçiliya Regionu – 25 Noyabr 2018-ci il tarixli inzibati seçkiləri – seçkiqabağı iclasların təyin edilməsi

Siçiliya Regionu – 25 Noyabr 2018-ci il tarixli inzibati seçkilər – 27 sentyabr 2018-ci il tarixli 269 saylı qərar

Romada AİRE-də qeydiyyata alınmış, xaricdə yaşayan seçicilər üçün bildiriş – 11 Noyabr 2018 tarixli Referendum qabağı bələdiyyə məşvərəti

01.10.2018

Roma şəhər Meriyasının 30 yanvar 2018-ci il 17 saylı qərarına əsasən,“Mobilitiamo Roma” komitəsi tərəfindən təşkil edilən vətəndaşların mənafeyi naminə ictimai nəqliyyatla bağlı iki məşvərətçi referendum keçirildi.

İcra hakimyyətinin 06.06.2018-ci il 101 saylı qərarına əsaslanan iki referendum, 11 Noyabr 2018-ci il bazar günü Romada baş tutacaq və gündəlikdə duran aşağıdaakı məsələləri əhatə edəcək:

1.Roma şəhərinin bütün ictimai nəqliyyat xidmətlərini (tramvaylar, avtobuslar və metrolar) fərqli inzibatçılara həvalə etməsini,bununla da aralarındakı rəqabəti təmin etməsini, və qüvvədə olan regional qanun çərçivəsində bu xidmətlərin yenidən təşkili mərhələsində işçilərə iş təminatı verməyini istəyərsiniz?

2. Yerli yeraltı və yerüstü ictimai nəqliyyat, avtomobil və ya dəmir yolu ilə əlaqəli xidmətlərə xələl gətirmədən, yerli ərazilərdə qeyri-müntəzəm kollektiv nəqliyyatın fəaliyyətində rəqabət apararaq çalışan şirkətlərə üstünlük verməsini və təşviq etməsini istəyirsiniz?

“Səsvermə 11 Noyabr 2018-ci il tarixində saat 8: 00-da başlayacaq və həmin gün saat 20: 00-dək davam edəcək.

Xaricdə yaşayan, AIRE-də və Roma şəhər Meriyasının seçki siyahılarında qeydiyyatdan keçmiş vətəndaşlar, mənsub olduqları seçki məntəqəsinə gedib, şəxsi seçki vəsiqəsini təqdim etməklə Luici Petroselli küçəsində yerləşən 50 saylı bələdiyyə seçki məntəqəsində və ya referendumun keçirilməsi ilə bağlı bütün məlumatları əldə edə biləcəkləri bələdiyyəyə məxsus qeydiyyat şöbələrindən birində səs verə biləcəklər.

Şəxsi seçki vəsiqənizi əldə etmək üçün pasportunuzu və ya digər etibarlı sənədinizi göstərməlisiniz.

11 Noyabr 2018 referendumu ilə əlaqədar bütün məlumatları, Roma Şəhər Meriyasının www.comune.roma.it veb saytından əldə edə bilərsiniz.

21 Oktyabr 2018-ci il tarixli seçki və referendum müşavirələri: Xaricdə yaşayan seçicilər üçün səyahət güzəştləri

24.09.2018

Aşağıda Trenitalia şirkətinin 21 oktyabr tarixində keçiriləcək, növbəti seçki və referendum müşavirələri münasibətilə xaricdə yaşayan seçicilər üçün səyahət güzəştlərinə dair təlimatı dərc olunub.

Güzəştlər haqqında məlumat – Trenitalia şirkəti

11 Noyabr 2018-ci il tarixində Gaby Bələdiyyə Şurasının seçkiləri: Seçkiqabağı iclasları təyin edən fərman

12.09.2018

11 Noyabr 2018-ci il bazar gününə təyin edilmiş Gaby bələdiyyə şurasının yenilənməsi üçün seçkiqabağı iclaslarının çağırılması və 25 Noyabr 2018-ci il bazar günü planlaşdırılan təkrar səsvermə ilə əlaqədar, bölgə sədri tərəfindən verilmiş 31 Avqust 2018-ci il 465 saylı qərar dərc edilib.

Yuxarıda qeyd edilən qərar 11 sentyabr 2018-ci il tarixində bölgənin rəsmi qəzetində dərc olunub.

31 Avqust 2018-ci il tarixli 465 saylı çağırış qərarı. 31 Avqust 2018-ci il tarixli 465 saylı qərar

21 Oktyabr 2018-ci il tarixli bazar günü seçki və referendum müşavirələri: Mafiya tipli cinayətkar qruplaşmalarla təmasları səbəbindən fəaliyyətinə xitam verilmiş bələdiyyələrdə keçiriləcək növbədənkənar seçkilər; Verbanio Kuzio Ossola əyalətini inzibati baxımdan bölmək üçün ümumxalq referendumu: Trento əyalət Şurası və sədri, həmçinin Bolzano Bələdiyyə Şurasına seçkilər.

11.09.2018

267/2000 qanun layihəsinin 143-cü maddəsinin 10-cu bəndinə əsasən, Daxili İşlər Nazirliyi əlavə edilmiş məlumatda, mafiya səbəbindən ləğv edilmiş bələdiyyələrin rəhbər orqanlarının yenilənməsi üçün növbədənkənar seçkilərin keçirilmə tarixini bildirmişdir. 21 Oktyabr 2018-ci il bazar gününə təyin olunmuş seçkilərin, 4 Noyabr bazar günü yenidən keçirilməsi ilə nəzərdə tutulub.

Sözügedən nazirlik, elə həmin tarixdə, yəni yəni 21 Oktyabr 2018 – ci il bazar günü, Verbano Kuzio Ossola vilayətinin Piemonte regionundan ayrılması və Lombardiya bölgəsinə birləşdirilməsi üçün ümumxalq səsverməsinin keçiriləcəyini elan etdi.

21 Oktyabr 2018 – ci il bazar günü Trento əyalət şurası və başçısının eyni zamanda Bolzano əyalət şurasının yenilənməsi üçün seçkilər keçiriləcək.

Nəhayət, Daxili İşlər Nazirliyinin növbədənkənar seçkilərin keçirilməsində maraqlı olan Parabita bələdiyyəsi ilə əlaqədar hazırkı komissar rəhbərliyinin vaxtının uzadılmadığı təqdirdə, seçkilərin 21 Oktyabr 2018 bazar günü baş tutacağı haqqında məlumatı əlavə edilib.

Nazirliyin məlumatı – Seçki müşavirələri 21 Oktyabr 2018 – ci il

Nazirliyin əlavə məlumatı – Seçki müşavirələri 21 Oktyabr 2018 – Parabita

YENİLƏMƏLƏR – İNZİBATİ SEÇKİLƏR 2018 – SİÇİLİYA REGİONU

“A” siyahısına dəyişiklik edən 24 May tarixli 6805 saylı və 23 May 2018 – ci il tarixli 98 saylı Şura qərarı dərc olunub.

24 may 2018 tarixli 6805 saylı qərar

İNZİBATİ SEÇKİLƏR 2018 – SİÇİLİYA REGİONU ÜZRƏ SEÇKİQABAĞI İCLASLARIN TƏYİN EDİLMƏSİ

13-04-2018

Siçiliya regionunun Yerli Muxtariyyətlər və Dövlət Xidmətləri İdarəsi və 11.04.2018 tarixli 57 saylı şura qərarına əsasən bələdiyyə başçılarının, bələdiyyə şuralarının və yuxarıda qeyd olunan qərara əlavədə göstərilən bələdiyyələrin ərazilərində keçiriləcək seçkilərin 10 İyun 2018-ci il tarixinə təyin olunması haqqında məlumat dərc olunub.

İnzibati Seçkilər 2018 – 11.04.2018 tarixli 57 saylı Şura qərarı – Seçkiqabağı iclaslara çağırış

11.04.2018 tarixli 57 saylı Şura qərarı – Siçiliya regionu

27 may 2018-ci il yenidən səsvermə yolu ilə Trentino Alto Adige regionunda bələdiyyə seçkiləri. Xaricdə yaşayan seçicilər üçün səyahət güzəştləri

11-04-2018

Məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz.

Valtournenche ərazisi üzrə Bələdiyyə şurasının yenilənməsinə dair seçkiqabağl iclasların çağırılması haqqında elan.

29-03-2018

Əlavə edilmiş qərara əsasən, Valle d’Aosta Muxtar Vilayətinin başçısının 20 May 2018 bazar günü, bələdiyyə sədrinin , bələdiyyə sədrinin müavini və Valtournenche şəhər məclisinin 13 üzvünün seçilməsini nəzərdə tutan seçkiqabağı iclasların təyin olunması barədə məlumatı verilir. Bildirilir ki, səsvermənin ilk turu 20 may 2018-ci il, bazar günü təyin olunsa da, 4/1995 qanunun 53 -cü maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş müstəsna hallarda yenidən səsvermə bazar günü, 2018-ci il 3 İyun tarixində keçiriləcək.

Valle d’Aosta-da Regional Şuranın seçkiləri üçün seçkiqabağı iclasların çağırılması barədə məlumat

27-03-2018

Valle d’Aosta Muxtar Vilayəti əlavə edilmiş qərara əsasən, bazar günü 20 may tarixində Regional Şuranın yenilənməsi üçün seçkiqabağı iclasların çağırılması barədə məlumat verilır.

Seçkiqabağı iclasların çağrılması haqqında qərar.

Friuli Venesiya Culya- Regional və bələdiyyə seçkiləri, regional məşvərətçi referendumları haqqında elan

09-03-2018

Bu elanla bağlı aşağıdakı linkə baxın:

http: //ambbaku.esteri.it/ambasciata_baku/it/ambasciata/news/dall_ambasciata/friuli-venezia-giulia-elezioni.html

Siçiliya bölgəsi və Siçiliya Regional Assembleya sədrinin birbaşa seçilməsi bağlı keçirilən seçkiqabağı iclaslar barədə elan.

2017-10-02

Siçiliya regionu rəhbərinin 1 sentyabr 2017-ci il tarixli 445 saylı qərarına əsasən, bölgə başçısının və Siçiliya Regional Assembleyasına birbaşa seçkiləri üçün seçkiqabağı iclasların çağırılmasını elan edir. Seçkilər 5 Noyabr 2017-ci il bazar günü keçiriləcək.

Valle d’Aosta Region sədrinin seçkiqabağı iclasların çağırılması ilə bağlı elanı

2017-10-02

Valle d’Aosta Bölgəsinin başçısının 04 sentyabr 2017-ci il tarixli 608 saylı qərarı ilə bələdiyyə başçısının, bələdiyyə sədrinin müavinlərinin və Bələdiyyə şurasının 13 üzvünün birbaşa seçilməsi üçün seçkiqabağı iclasların çağrıldığı bildirilir. Seçki məşvərəti isə,26 Noyabr 2017-ci il tarixinə təyin edilib, yenidən səsvermə isə, 10 dekabr 2017-ci il tarixində keçiriləcək.

Friuli Venesiya Culya Muxtar vilyaətinin başçısı tərəfindən çağırılan iki Referenduma dair elan

2017-10-02

Friuli Venesiya Culiya Muxtar Vilayətinin sədrinin 0201 / Pres. və 0202 / Pres. saylı qərarına əsasən 4 sentyabr 2017-ci il tarixində Lauco, Raveo, Villa Santina,Ligosullo və Treppo Carnico bələdiyyələrinin birləşməsindən yaranan “Villa Lauco Raveo” və “Treppo Ligosullo” adlı yeni bələdiyyələrin yaradılması məqsədilə iki məşvərətçi referendumun çağrılması ilə bağlı məlumat verilir.

SEÇKİ XİDMƏTLƏRİ

Seçki Xidmətləri Şöbəsi, ərazidə yaşayan və səsvermə hüququ olan şəxslərin seçkidə iştirak etməsi ilə bağlı bütün milli və Avropa seçki təyinatlarının idarə edilməsi ilə məşğuldur.

Ümumi məlumatlar haqqında link—>