Səfir Claudio Taffuri
Claudio Taffuri 1959-cu ildə İtaliyanın Roma şəhərində anadan olmuşdur. Roma La Sapienza Universitetində İqtisadiyyat və Ticarət üzrə ali təhsil dərəcəsi aldıqdan sonra 1992-ci ildən etibarən diplomat kariyerasına başlamışdır.
1995 və 2002-ci illər arasında xaricdə ilk öncə Maputoda, daha sonra Belqrad və Pristinada xidmət göstərmişdir. Nazirliyə qayıdaraq, Baş Katibliyin Koordinasiya Birliyində və FH idarə edilməsi bölməsində, daha sonra Avropa ölkələri üzrə Baş İdarənin Katiblik rəhbəri vəzifəsini icra etmişdir.
2007-ci ildən 2010-cu illərdə Cenevrədə Beynəlxalq Təşkilatlarda İtaliya nümayəndəliyində Ticari İşlər üzə Müşavir vəzifəsində çalışmışdır.
2010-2011-ci illər ərzində Heratda (Əfqanıstan) NATO-nun Regional Komandanlıq üzrə Baş Mülki Nümayəndəsi və Yenidənqurma Komandasının mülki işlər üzrə rəhbəri çalışmışdır.
2012-ci ildə Xarici İşlər Nazirliyinin Baş katiblik idarəsinin FH idarə edilməsi bölməsinin rəhbəri təyin edilmişdir.
2014-cü ildən Səlahiyyətli elçi təyin edilmiş, 2017-ci ildən 2021-ci ilə qədər İtaliyanın Kanadadakı Səfiri vəzifəsini yerinə yetirmişdir. 2021-ci ildən isə İtaliyanın Azərbaydancakı Səfiri vəzifəsini icra edir.
Xanım Maria Enrica Stajano ilə evlidir, iki uşağı var.