This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Səfir

 

Səfir

SƏFİR AUQUSTO MASSARI

1971-ci ildə anadan olub, 1997-ci ildə Alma Mater Studiorum Bolonya Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 1998-ci ildə Farnesinada diplomat kimi fəaliyyətə başlayıb.  Xarici İşlər Nazirliyindəki fəaliyyətinin ilk üç ili ərzində Yuqoslaviyadakı müharibədən sonra Balkan ölkələri ilə ikitərəfli əməkdaşlıq layihələrini izləyib.

2001-ci ildə xaricdə ilk missiyası Mozambikdə olub və  2005-ci ilə qədər davam edib. Daha sonra Cenevrəyə, Beynəlxalq Təşkilatlardakı İtalyan diplomatik nümayəndəliyinə təyin edilib, burada dörd il ərzində Dünya Ticarət Təşkilatının razılaşmaları üzərində işləyib, qlobal iqtisadi və maliyyə dinamikasının inkişafı istiqamətində çalışıb.

2009-cu ildə Farnesinaya qayıdaraq Nazirlər Kabinetində xidmətə başlayıb, dörd il orada fəaliyyət göstərib.

2013-cü ilin aprelində İtaliyanın Pekindəki Səfirliyinə Birinci Məsləhətçi olaraq təyin edilib və İqtisadi-Ticarət şöbəsinin rəhbəri olub. 2015-ci ilin avqust ayından etibarən İtaliyanın Çindəki Səfirinin müşaviri vəzifəsini icra edib. 10 Avqust 2017-ci ildən etibarən İtaliya Republikasının Azərbaycandakı səfiridir.

Silviya adlı xanımla evlidir, dörd övladı var.

İngilis, ispan, fransız, portuqal dillərində danışır; İsveç və mandarin dillərini bilir. İdmanı və ədəbiyyatı sevir.


29