This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Konsulluq

 

Konsulluq

Viza və əcnəbilərin İtaliyaya və Şengen bölgəsinə giriş qaydalarına dair ətraflı məlumatlar

 

KONSULLUQ

Azərbaycandakı konsulluq fəaliyyəti İtaliya səfirliyinin müvafiq şöbəsi tərəfindən həyata keçirilir.

Tel +994-12-4975133/35 int. 131
Fax +994-12-4975202
Telefon və birbaşa fax: +994-12-4971776
e-mail: baku.consolare@esteri.itbaku.visti@esteri.it 

 

VİZALAR

İtaliyaya gəlmək niyyətində olan bütün xarici vətəndaşlar, sərhəddə ölkədə qalma səbəbini və müddətini əsaslandıran sənədləri, habelə müəyyən hallarda, mövcud maliyyə imkanları və yerləşmə şərtləri ilə bağlı məlumatları təqdim etməlidirlər. Bu halda həmin şəxslər vizaya sahib olmalıdırlar. Bununla bağlı, yaşanılan ölkədə fəaliyyət göstərən italyan diplomatik və konsulluq nümayəndəliklərinə müraciət oluna bilər.

SİZƏ VİZA LAZIMDIR?

Əgər sizə, daimi yaşadığınız ölkədə vətəndaşlıq, qalma müddəti və ya səbəbi ilə bağlı İtaliyaya viza lazımdırsa, o təqdirdə sizi maraqlandıran viza növü üçün tələb olunan zəruri sənədləri bilməlisiniz. Vizalar səhifəsinə baxın.

XƏBƏRDARLIQ

Tələb olunan sənədlərin təqdim edilməsi mütləq vizanın verilməsini nəzərdə tutmur.

Vizanın dəyəri: 35 avro

 

ƏCNƏBİLƏR ÜÇÜN VACİB MƏLUMAT

İtaliyaya giriş zamanı, vizaya sahibi olsanız belə, sərhəd xidməti orqanları  viza almaq üçün tələb olunan sənədlərin sübutunu təkrar istəyə bilər. Vizaların verilməsi ilə bağlı T.U.-nun 4-cü bənd 2 286/98 saylı qanuna və müvafiq qanuna düzəlişlərə əsasən, viza verildiyi zaman, diplomatik və ya konsulluq orqanı sizə İtaliyaya giriş və qalma şərtləri ilə əlaqədar hüquq və vəzifələrinizi, xüsusən də “Yaşama icazəsi” və “Oturma icazəsi” ilə bağlı prosedurları nəzərə alaraq yazılı məlumat göndərəcəkdir.

 

İTALİYA VƏTƏNDAŞLARI ÜÇÜN KONSULLUQ XİDMƏTLƏRİ

Yeni "Konsulluq xidmətlərindən istifadə təlimatı" na müraciət etmək mümkündür.


78