Questo sito utilizza cookie tecnici, analytics e di terze parti.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

Preferenze cookies

Partecipazione dell’Ambasciatore all’Inaugurazione del Centro di Design Italo-Azero – Səfirin İtalyan-Azərbaycan Dizayn Mərkəzinin Açılışında İştirakı

L’Ambasciatore d’Italia ha presenziato alla cerimonia di inaugurazione del Centro di Design Italo-Azero, tenutasi presso la Facoltà di Design, nell’ambito del progetto di collaborazione fra il Politecnico di Milano e l’Università Statale di Architettura e Costruzioni dell’Azerbaigian.

All’inaugurazione ha preso parte anche il ministro dell’istruzione Ceyhun Bayramov, oltre alla rettrice dell’Università Gulchohra Mammadova e ad alcuni professori giunti apposta dall’Italia: il Vice Preside della Facoltà di Design del Politecnico di Milano Francesco Zurlo, accompagnato dal capo del Dipartimento di Design Silvia Piardi e da due docenti, Mauro Ceconello e Silvia Gramegna.

L’iniziativa ha preso il via l’anno scorso in occasione della visita ufficiale a Baku del Presidente della Repubblica Italiana Sergio Mattarella, il 18 Luglio 2018.
In presenza del Presidente Mattarella e del Presidente della Repubblica dell’Azerbaigian Ilham Aliyev, le due università hanno firmato un Memorandum d’Intesa che ha rappresentato il primo passo verso la realizzazione concreta dell’iniziativa.

Alla cerimonia erano presenti numerosi studenti e docenti dell’università.

Il Ministro Bayramov ha affermato che “la creazione del centro rappresenta la base per una collaborazione futura che coinvolgerà anche altre università nella zona del Caucaso”.

L’Ambasciatore Massari ha dichiarato che “il centro ha l’ambizione di diventare un punto di riferimento per il design non solo per l’Azerbaigian ma per tutta la regione del Caucaso e del Caspio”. Questo potrà avvenire grazie alla collaborazione con il Politecnico di Milano, primo in Italia per qualità della ricerca e attualmente al sesto posto nella classifica mondiale delle università per la facoltà di Arte e Design (QS World University Rankings by Subject 2019).

Al termine della cerimonia la rettrice Mammadova ha accompagnato il Ministro Bayramov e l’Ambasciatore Massari a visitare i laboratori: quello con le attrezzature per preparare i prototipi, quello per la preparazione dei modelli e infine il laboratorio per preparare i modelli di legno. Un gruppo di studenti ha mostrato i lavori svolti con il supporto dei docenti del
Politecnico di Milano.

**********

İtaliyanın Bakıdakı Səfiri, cənab Augusto Massari 20 may tarixində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti ilə Milan Politexnik Universiteti arasında olan əməkdaşlıq layihəsi çərçivəsində Dizayn fakültəsi nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Təhsil naziri cənab Ceyhun Bayramov və Universitetin rektoru xanım Gülçöhrə Məmmədova ilə yanaşı, açılış mərasimində Milan Politexnik Universitetinin Dizayn fakültəsinin dekan müavini cənab Francesco Zurlo, Dizayn kafedrasının rəhbəri xanım Silvia Piardi, Milan Politexnik Universitetinin müəllimləri cənab Mauro Ceconello e xanım Silvia Gramegna da iştirak edirdilər.

Bu təşəbbüsə keçən il 18 iyul tarixində İtaliya Respublikasının Prezidendi Sergio Mattarellanın Bakıya rəsmi səfəri zamanı start verilmişdir. Rəsmi səfər çərçivəsində cənab Mattarella Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə bu layihənin konkret olaraq reallaşması üçün ilk addım olan iki universitet arasında anlaşma memorandumu imzalanmışdır.

Tədbirdə Universitetin çoxsaylı tələbə və müəllim heyəti iştirak edirdi.

Təhsil naziri cənab Bayramov qeyd etdi ki, bu Mərkəzin yaradılması Qafqaz regionunda digər universitetlər ilə də gələcəkdə əməkdaşlıq etmək üçün zəmin yaradır.

Səfir cənab Massari isə bildirdi ki, bu Dizayn Mərkəzi yalnız Azərbaycan üçün deyil, bütün Xəzər dənizi hövzəsi ölkələri və Qafqaz regionu üçün bir istinad nöqtəsi olacaq. Buna tədqiqat sahəsində birinci və hal-hazırda Sənət və dizayn fakültələri üzrə dünya universitetlərinin təsnifatında (QS World University Rankings by Subject 2019) altıncı yerdə olan Milan Politexnik Universiteti ilə əməkdaşlıq sayəsində nail olmaq mümkündür.

Tədbirin sonunda xanım Məmmədova cənab nazir Bayramovu və cənab səfir Massarini mərkəzin nəzdində fəaliyyət göstərən üç laboratoriya ilə tanış etdi: sürətli prototipləşdirmə laboratoriyası, maket studiyası və ağac emalatxanası. Daha sonra bir qrup tələbə Milan Politexnik Universitetinin müəllimləri ilə birlikdə hazırladıqları işləri nümayiş etdirdilər.