This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Dövlət katibi cənab Di Stefano Azərbaycanla şəhərsalma üzrə Veb Missiya başlatdı

Date:

04/21/2021


Dövlət katibi cənab Di Stefano Azərbaycanla şəhərsalma üzrə Veb Missiya başlatdı

Dövlət katibi cənab Di Stefano bu səhər şəhərsalma sektorunda bir veb missiya başlatdı ki, bu da illər ərzində çoxsaylı əməkdaşlıq sahələrində möhkəmlənən strateji tərəfdaşlıq çərçivəsində 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə qayıtmış bölgələrin yenidən qurulması üzrə İtaliya-Azərbaycan əməkdaşlığının ilk sektoral tədbiri oldu.

Veb Missiya Dövlət katibinin keçən dekabr ayında Azərbaycanda həyata keçirdiyi səfərdən sonra baş tutan və keçən 22 fevral tarixində başladılan iqtisadi əməkdaşlıq təşəbbüsünün ilk sektoral tədbiri idi. Növbəti həftələrdə bu, bərpa sektoru başda olmaqla digər sektorlarda da davam etdiriləcək.

Tədbirdə Dövlət katibi cənab Di Stefano ilə birlikdə İtaliya-Azərbaycan birgə Komissiyasının həmsədri, Azərbaycanın Energetika Naziri cənab Pərviz Şahbazov da iştirak etdi.

"İtalyan şirkətləri – Dövlət katibi bildirdi- Farnesinanın koordinasiyası altında Azərbaycanın tam nəzarəti altında qayıdan Azərbaycan bölgələrinin yenidən qurulmasına, şəhərsalma, bərpa və inkişaf, yaşıl enerji, ağıllı şəhərlərin salınması sektoru, həmçinin bədii, mədəni və dini irsin qorunması üzrə bacarıqlarını ortaya qoyaraq öz töhfələrini verməyə hazırdırlar”.

Tədbirdə OICE (İqtisadi Texniki Məsləhət və Mühəndislik Təşkilatları Birliyi) və seçilmiş ixtisaslaşmış şirkətlərin də iştirakı oldu.
“Bu gün biz Azərbaycanla mülki əməkdaşlıqda irəliyə doğru vacib bir addım atırıq ki, burada özəl sektor dövlət tərəfindən müşayiət olunduğu ən yaxşı təcrübəni görmək mümkündür. Bu da ölkənin yenidən qurulmasına töhfə vermək üçün ən yaxşı imkanları bir yerə yığır. Qısa müddətdə imzalayacağımız xüsusi bir Anlaşma Memorandumu, illərlə davam edəcək bu səmərəli əməkdaşlıq üçün müvafiq institusional çərçivəni təmin edəcəkdir "- deyə Dövlət katibi fikrini sona çatdırdı.

Xəbərin ingilis dilində versiyası ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.esteri.it/mae/en/sala_stampa/archivionotizie/comunicati/2021/04/il-sottosegretario-di-stefano-apre-la-web-mission-sulla-pianificazione-urbana-con-l-azerbaigian.html


641