Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

2021-2022 Akademik ili üçün La Scala Teatrının Tamaşanın Sənəti və İncəsənəti Akademiyasının təqüdləri

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi 2021-2022 Akademik ili üçün La Scala Teatrının Tamaşanın Sənəti və İncəsənəti Akademiyası tərəfindən təşkil edilən iki kurs üzrə təqaüdlər təklif edir:
1. Opera ifası üzrə təkmilləşmə kursu.
Birinci təqaüd təklifi hər biri 9 ay müddətinə olmaqla nəzərdə tutulan 10 təqaüddən ibarətdir. Təqaüdün müddəti 1 yanvar 2022-ci ildən başlayır və aylıq 900,00 Avro məbləğini əhatə edir.
Maraqlananlar müddəti 12 may tarixində bitəcək bu elanla La Scala Teatrının Tamaşanın Sənəti və İncəsənəti Akademiyasının saytında tanış olaraq namizədliklərini irəli sürə bilərlər:

https://www.accademialascala.it/en/music/opera-singers/

2. “Performing Arts Management” ixtisası üzrə magistratura kursu.
“Performing Arts Management” ixtisası üzrə Magistratura kursu üçün 9 təqaüd nəzərdə tutulub. Bu təqaüd proqramı Aİ üzvü olmayan ölkələrin nazimədləri üçün 16 sentyabradək, Aİ üzvü olan ölkələrin namizədləri üçün isə 1 oktyabr tarixinədək qədər açıq olacaqdır. Hər biri 6 aylıq müddətə təqdim edilən bu 9 təqaüd 1 yanvar 2022-ci ildən etibarən başlayacaq və aylıq 900,00 Avro məbləğini əhatə edir.
Magistr proqramının məqsədi canlı tamaşa üçün xüsusi idarəetmə və iqtisadi bacarıqlara malik yüksək səviyyəli mütəxəssislər hazırlamaqdır.
Maraqlananlar müddəti bu elanla Akademiyanın saytında tanış olaraq namizədliklərini irəli sürə bilərlər:

https://www.accademialascala.it/en/managment-courses/master-performing-art/