Gözlənilməz, az tanınan, lakin şübhəsiz ikonik gücü və möhtəşəm səhnə keyfiyyəti ilə: İtaliyada çağdaş sənət məkanlarını təsvir edən sənədli seriyal Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Sky Arte ilə əməkdaşlığı və yeni TIWI-nin istehsalı ilə hazırlanmışdır.
Tənqidçi və jurnalist Nicolas Ballarionun təqdimatında yenidən qurulmuş köhnə fabriklərdən tutmuş açıq hava muzeylərinə qədər, ən məşhur muzeylər, eyni zamanda ən gizli və ekskluziv yerlər daxil olmaqla ən çox tanınan əsərlərdən bəhs edən " Italia Contemporanea " İtaliyanın çağdaş sənətini tanıtmaq üçün yeni bir üsuldur. Bu İtaliyanın bütün ərazisini əhatə edən və hər bölümündə sənətçilərər, kuratorlara, sənətşünaslara yer ayıran virtual bir səyahətdir.
"Italia Contemporanea " nin premyerası 8 may tarixindən etibarən Sky-da yayımlacaq. Dörd bölümün hər biri, ingilis dilində altyazı ilə NOW'da yayımlanacaq və Video Sky Arte-də və İtaliyanın Vimeo kanalında (Canale Vimeo di İtaliana) pulsuz onlayn olaraq təqdim olunacaq.
Əlavə məlumatı Italiana portalından əldə etmək mümkündür.