Səfirlik gənc italyan şairlərinin Azərbaycanda tanınmasına və Azərbaycan poeziyasındakı son tendensiyaların Italiyada təbliğinə yönəlmiş bir təşəbbüs olan "Milyon illər sonra görüşdük" əsərinin nəşrinə öz töhfəsini verməkdən məmnunluq duyur. Kitab ikili nəşr formatındadır, belə ki, Azərbaycanlı gənclərin şeirlərindən ibarət olan italyan versiyasi “Capire Edizioni” nəşriyyatı tərəfindən və italyan şeirləri Azərbaycan dilində tərcüməsi ilə birlikdə isə Azərbaycan versiyasında “Sərq-Qərb” nəşriyyati tərəfindən nəşr edilmişdir. Nəşrlə bağlı fikir şair Davide Rondoninin 2019-cu ilin sentyabrında Bakıda keçirilən "Nəsimi- şeir, incəsənət, mənəviyyat" adlı festivalda iştirakı zamanı yaranmışdır və nəşr Rondoninin, habelə Azərbaycan hissəsi üzrə şairə Nigar Həsənzadənin kuratorluğu ilə nəşrə hazırlanmışdır. Əsərlərin tərcüməsi Züleyxa Muradovaya, redaktəsi Seyfəddin Hüseynliyə, nəşrin koordinasiyası Aydan Əliyeva və Izabella Serraya aiddir.
Davide Rondoni ön sözündə yazdığı kimi, "poeziyanı bir həyat yolu, bir səyahət və bir macəra kimi yaşayan Nəsimi ilə Dantenin vətəni olan bu torpaqlar bəşəriyyətin canlı və dərin dili olan ‘şeir dilində danışmağa’ davam edir.”