Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

PLIDA imtahanlarına qeydiyyat

PLIDA sertifikatı ana dili italyan dili olmayan şəxslər üçün nəzərdə tutulub. PLIDA sertifikatı italyan dili bilik səviyyənizi rəsmi formada göstərmək , İtaliya universitetlərinə italyan dili üzrə imtahansız qəbul olmaq üçün beynəlxalq səviyyəli bir dil sertifikatıdır.
İmtahanın strukturu nədən ibarətdir? PLIDA imtahanı Avropa Şurasının “Ümumavropa dilləri üzrə çərçivə proqramı”na uyğun olaraq 6 səviyyə üzrə keçirilir. İmtahan bütün dil bacarıqlarını (şifahi anlama, yazılı anlama, şifahi ifadə, yazılı ifadə) yoxlamaq məqsədilə 4 hissədən – 4 yoxlamadan ibarətdir: Dinləmə (Ascoltare), Oxu (Leggere), Nitq (Parlare), Yazı (Scrivere).
Qiymətləndirmə necə aparılır? Hər bacarıq üzrə yoxlamanın qiymətləndirilməsi 30 ballıq sistem ilə aparılır və minimum keçid balı 18-dir. Sertifikat əldə etmək üçün minimum toplam imtahan balı 72/120 olmalıdır. Minimum keçid balı toplanmadığı halda namizəd uğurla nəticələnən yoxlama ballarını kredit şəklində saxlaya bilər və növbəti sessiyalarda digər yoxlamalarda bir daha iştirak edə bilər.
İmtahana necə qeydiyyatdan keçirilir? Bunun üçün Bakı Plida Sertifikat Mərkəzi ilə əlaqə saxlamaq lazımdır. Tel: +994515041024/ Mail: plida.baku@gmail.com