23 sentyabr 2021-ci ildə İtaliyanın Azərbaycan Respublikasındakı Səfiri Claudio TAFFURİ britaniyalı həmkarı James Şarpla birlikdə "Youth4Climate: Driving Ambition" adlı tədbirdə iştirak edəcək azərbaycanlı gənclərlə görüşdü. (Milan, 28-30 sentyabr 2021).
İtaliya ilə Birləşmiş Krallıq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının (UNFCCC) 26 -cı Tərəflər Konfransının (COP26) sədrliyi üzrə tərəfdaşlıq müqaviləsi çərçivəsində, İtaliya tam formada gənclərə həsr olunmuş "Youth4Climate: Driving Ambition" (Y4C tədbiri) adlı tədbir təşkil edəcək ki, bu da dünyanın hər yerindən olan gənclərə iqlim dəyişikliyi mövzusunda konkret təklifləri müzakirə etmək və formalaşdırmaq imkanı təqdim edəcək.
İştirakçılar kimlərdir
Coğrafi və cinsi balans nəzərə alınaraq 15-29 yaş arası 400 gənc iştirakçı müəyyən edilmişdir. Əsas olaraq iqlim dəyişikliyi və davamlı inkişaf mövzusunda aktivliyə üstünlük verilmişdir. Altı sualdan ibarət anketə verilən cavablar əsasında strateji düşüncə, liderlik və motivasiya bacarıqlarını nümayiş etdirənlər seçilmişdir.
Harada və nə vaxt
"Youth4Climate: Driving Ambition" 28-30 Sentyabr 2021 tarixlərində Milanda MiCo Milano Konqres Mərkəzində keçiriləcək.
Tədbirin gündəliyi
İlk iki gün işçi qruplarına həsr olunacaq, üçüncü gün isə COP26-da iştirak edın nazirlərlə gənc nümayəndələr arasında müzakirə ilə xarakterizə olunacaq. Gənc iştirakçılar tərəfindən irəli sürüləcək təkliflər Dayanıqlı İnkişaf, ECOSOC və UNFCCC müzakirələrində sonrakı beynəlxalq danışıqlar üçün 2030 Gündənliyində təqdim ediləcək.
Kimin iştirak etdiyi və Youth4Climate -in necə işlədiyi ilə bağlı bütün məlumatlar:
https://www.mite.gov.it/pagina/youth4climate-driving-ambition-four-themes-principali-centro-dibattito-tra-giovani-protagonisti
Ekologiya Nazirliyi.https://www.mite.gov.it/pagina/youth4climate-driving-ambition-event