This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

2022-2023-cü tədris ili üçün İtaliya hökuməti tərəfindən xarici tələbələrə təqdim olunan təqaüdlərlə bağlı elan

Date:

05/05/2022


2022-2023-cü tədris ili üçün İtaliya hökuməti tərəfindən xarici tələbələrə təqdim olunan    təqaüdlərlə bağlı elan

Səfirlik bildirir ki, hər il olduğu kimi, bu il də İtaliya Hökuməti 2022-2023-cü tədris ili üçün xarici tələbələrə İtaliya Hökuməti tərəfindən verilən təqaüdlərin təyin edilməsi prosedurlarına başlamışdır. Bu elana əlavə edilən müraciətlərin təqdimatına dair göstərişləri və bu müraciətlərə baxılması təlimatlarını özündə əks etdirən bildiriş təqaüdlərə həsr olunmuş portalda da https://studyinitaly.esteri.it/en/call-for-procedure paylaşılmışdır.


Portalda italyan və ingilis dillərində təqaüd qazanan tələbələrin İtaliyada daha rahat hərəkət edə bilməsi üçün seçilmiş universitetə qeydiyyat üçün göstərişlər, aylıq ödənişlərin rüblük ödəniş üsulları və sığorta ödənişi daxil olmaqla bütün faydalı məlumatlar öz əksini tapır.
Elan 9 Iyun 2022 tarixi saat 14.00-a (İtalyan vaxtı) qədər açıq olacaqdır. Göstərilən son tarixdən sonra daxil olan müraciətlər qəbuledilməz sayılacaqdır.
Yalnız aşağıdakı təhsil kursları üçün təqaüd vermək mümkün olacaqdır:
- Magistr kursları
- AFAM kursları
- Doktorluq
- Müştərək tədqiqat layihələri
- Yüksək səviyyəli italyan dili və mədəniyyəti kursları
TƏQAÜD ELANI İTALYAN DİLİNDƏ
TƏQAÜD ELANI İNGİLİS DİLİNDƏ


697