Bildiririk ki, bu gündən etibarən viza müraciətləri üçün görüş götürmək məqsədilə Prenot@Mi yeni portalı aktiv edilir.
Prenot@Mi portalı vasitəsi ilə italyan və ingilis dillərində olan qeydiyyat səhifəsinə daxil olacaqsınız.
Qeydiyyatdan keçdikdən sonra sistemə daxil ola bilər (italyan, ingilis və Azərbaycan dillərində) və görüş götürə bilərsiniz. Münasib vaxtlar aşağıdakı kimi qeyd ediləcəkdir:
1) mövcud günlər (yaşıl)
2) artıq rezerv
olunmuş günlər (qırmızı)
3) bayram və ya ofisin bağlı olması ilə əlaqədar olaraq reserv edilməsi mümkün olmayan günlər (qara)
Xatırladırıq ki, 21 noyabr 2022-ci ildən etibarən ilk görüş gününü təyin etmək mümkün olacaqdır.
Azyaşlı uşaqlar üçün bu görüşü iki valideyndən biri götürməlidir. Hər bir valideyn öz viza müraciətinə əlavə olaraq, əlavə randevu istəyi olmadan bir uşaq gətirə bilər (məsələn, ata, ana və iki uşaqdan ibarət olan 4 nəfərlik ailəyə 2 görüş lazım olacaq).
Yeni rezervasiya sisteminin aktivləşməsi ilə Səfirlik artıq istək əsasında görüş təyin etməyəcəkdir. Görüş almağın bir və yeganə yolu Prenot@Mi portalı vasitəsi ilə mümkün olacaqdır.