This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Mədəni əməkdaşlıq

 

Mədəni əməkdaşlıq

Səfirliyin məqsədiı ölkənin mədəniyyətinə yaxınlaşmaq üçün ən vacib vasitə olan italyan dilinin yayılmasına xüsusi diqqət yetirərək, İtalyan mədəniyyətini və dilini təbliğ etməkdir. Səfirlik eyni zamanda, 1 iyun 2002-ci il tarixində Azərbaycan ilə İtaliya arasında imzalanmış Mədəniyyət sahəsində Əməkdaşlıq Sazişində nəzərdə tutulan proqramlara da diqqət yetirir. İtalyan Mədəniyyət İnstitutunun olmaması son bir neçə ildə ölkəmizin müxtəlif bədii ifadə üsullarını təbliğ etmək üçün mədəni tədbirlərin (konsertlər, sərgilər, film baxışları) təşkil olunmasına mane olmamışdır.  İtaliya sevgisi olan bir çox Azərbaycan vətəndaşının dəyərli əməkdaşlığı sayəsində səfirliyin bu sahədəki öhdəliyini səmərəli şəkildə davam etdirir.

Səfirlik Azərbaycan vətəndaşlarına aşağıdakı xidmətləri göstərir:

- İtaliyada təhsil və təlim sistemi haqqında məlumatlar;

- Azərbaycan vətəndaşlarının İtaliyanın universitetlərinə qeydiyyatı ilə bağlı təcrübələr (xidmət

orta təhsilini bitirən tələbələri üçün nəzərdə tutulub);

- Mədəniyyət əməkdaşlıq müqaviləsi çərçivəsində İtaliya hökuməti tərəfindən təklif olunan təqaüdlərlə bağlı  yardım və məlumat;

-Azərbaycanda əldə edilmiş müxtəlif diplomlarla  İtaliyaya gedən tələbələr üçün təsdiq sənədi

 

İtalyan dilinin təbliği

2019/2020-ci tədris ilində İtaliyanın Bakıdakı səfirliyi Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi  sayəsində Azərbaycan Dillər Universitetində  (www.adu.edu.az) İtalyan dili kafedrasının yaradılmasına və Memarlıq və İnşaat Universitetinə (www.azmiu.edu.az) mərkəzin yaradılmasına öz töhfəsini verdi. Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən italyan dili kafedrası 2001-ci ildən fəaliyyət göstərir və hazırda altmışa yaxın tələbə italyan dilini öyrənir.

2009-cu ildən bəri Universitetdə müasir avadanlıqları  təchiz olunmuş  İtalyan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir (Saipem S.p.A. tərəfindən pulsuz verilir). Bura, italyan dili tələbələri üçün bir görüş yeri, qeyri-akademik  tədbirlərin (müsahibələr, film izləmə və s.) keçirildiyi bir məkandır. İtalyan-Azərbaycan Dizayn Mərkəzi, Memarlıq və İnşaat Universiteti ilə Milan Politexnik İnstitutu arasında əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

 


42