21-27 Noyabr tarixlərində dünyanın 130 ölkəsində keçiriləcək və hökumət tərəfindən yüksək səviyyəli aşpazlar qrupu ilə birlikdə təşkil edilən ilk tədbir olacaq: İtalyan mətbəxi həftəsi, Xarici İşlər, Kənd Təsərrüfatı Siyasətləri və Təhsil Nazirləri tərəfindən ölkəmizin mədəni irsinin xaricdə tanıdılması üçün bir il əvvəl imzalanan İtalyan mətbəxinə dair Protokoldan sonra irəli sürülən ilk uğurlu təşəbbüsdür.
İtaliyanın diplomatik nümayəndəliyinin olduğu hər bir ölkədə baş tutacaq tədbirin təşkilində, İtaliyanın səfirlikləri, konsulluqları və mədəniyyət institutları vahid qaydada iştirak edəcək və bundan sonra hər il noyabr ayının son on günlüyündə, keyfiyyətlı mətbəximizin potensialını yaymaq və artırmaq məqsədi ilə minlərlə tədbir təşkil ediləcəkdir.
Keyfiyyətli İtalyan mətbəxi Həftəsi bu günə kimi misli görünməmiş bir addım olacaq;bu məqsədlə, hər ölkədə vahid qaydalara uyğun olaraq hazırlanmış xüsusi bir lövhə olacaq və qida mədəniyyəti, Aralıq dənizi pəhrizi, qastronomik ənənə və "yerli mətbəx"lərin müxtəlifliyi barədə danışmaq üçün gözəl bir fürsət yaradacaqdır.
Bütün bunları həyata keçirmək üçün 130 İtalyan diplomatik nümayəndəliyi, eyni zamanda 80 mədəniyyət institutu, 70 İCE ofisi, Assocamere şəbəkəsi, İtalyan Kulinariya Akademiyası tərəfindən araşdırılan xaricdəki təxminən 3.300 italyan restoranı, İtaliyanın Aşpazlar Federasiyasının 14 nümayəndə heyəti, Federlegnoarredoda toplaşan şərab istehsalçıları klubu bir araya gəldi.
Səfirlik Bakının ən yaxşı İtalyan restoranları ilə razılığa gəldikdən sonra aşağıdakı təbdbirlər təşkil olundu:
- 22 noyabr çərşənbə axşamı: Siçiliya Bakı gecəsində, Ristorante Scalini Port Baku (şərablar istisna olmaqla 40 manat)
- 23 noyabr çərşənbə: Siçiliya dadı gecəsi, Ristorante Baccanale, Port Baku Mall (şərablar istisna olmaqla, 50 manat)
- 24 noyabr cümə axşamı: Mi-To (Milan-Turin), Ristorante Da Massimo (şərablar istisna olmaqla 55 manat)
- 25 noyabr cümə: İtalyan gecəsi, Ristorante Baccanale, Port Baku Mall (Happy hour fee)
- 26 noyabr şənbə: Michelin Chef Star Bakıda, Ristorante Oro Nero, Marriott Abşeron (şərablar istisna olmaqla 50 manat)