17-23 oktyabr 2016-cı il tarixində keçirilməsi planlaşdırılan Dünyada İtalyan Dili Həftəsinin XVI buraxılışı “İtalyan dili və yaradıcılığı: markalar və ənənələr, moda və dizayn” mövzusuna həsr olunmuşdur.
Dizayn, yaxın bir neçə ildə müasir texnologiyaya inteqrasiya olunmuş daimi təbliğatın təməl daşlarından biri olacaq.
Bu baxımdan, İtaliyanın Bakıdakı səfirliyi italyan dilini və mədəniyyətini təbliğ etmək üçün tədbirlər təşkil edəcəkdir. Dünyada İtalyan dili həftəsinin və İtalyan Festivalının proqramını yükləmək üçün bu səhifənin sağındakı linki ziyarət edin.
İtalyan dili həftəsi nədir?
Dünyada İtalyan dili həftəsi, İtaliya Xarici İşlər Nazirliyinin mədəni və diplomatik şəbəkəsinin hər il oktyabr ayının üçüncü həftəsində müəyyən bir mövzu ətrafında təşkil etdiyi klassik və çağdaş mədəniyyətin əhəmiyyətli dillərindən biri olan italyan dilinin təbliği üçün konfranslar, sərgilər, şoular, yazıçılar və şəxsiyyətlərlə görüşlərdən ibarət bir tədbirdir.
2001-ci ildə Farnesina ilə Accademia della Crusca arasında imzalanan müqavilə nəticəsində və Respublika Prezidentinin himayəsi altında yaranan İtalyan dili həftəsi, İtalyan Mədəniyyət İnstitutları ilə bərabər Səfirliklər və Konsulluqların da hər il iştirak etdiyi tədbirlər sayəsində daha da inkişaf etmişdir. İsveçrə Konfederasiyasının Səfirlikləri ilə də əməkdaşlıq sabitdir, çünki italyan dili bu ölkənin rəsmi dillərindən biridir.