This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

İqtisadi əməkdaşlıq

 

İqtisadi əməkdaşlıq

Asiya ilə Avropanın qovşağında, qədim və yeni İpək Yolunun üstündə, keçmişi ilə gələcəyi çulğalaşan Azərbaycan-İtaliya münasibətlərinin tarixi yüzillərə söykənir və bu gün iki ölkə arasındakı münasibətlər hər zamankindən daha güclüdür. Mədəniyyətimiz, dilimiz, incəsənətimiz, dizaynımız, istehsalımız, həyat tərzimiz böyük rəğbətə sahibdir.

Azərbaycan, xüsusilə də enerji təhlükəsizliyi sahəsində İtaliya üçün xüsusi əhəmiyyətə malikdir və İraqla birlikdə son on ildə ortalama 5.5 milyard avro həcmində ən böyük xam neft təchizatçımızdır. Ancaq bununla bitmir.  2020-ci ilin sonundan başlayaraq, TAP qaz kəməri işə düşdükdən sonra, İtaliya  özünü təmin etməklə yanaşı, Azərbaycan qazını  Qərbə aparan bir körpü olacaq.

On milyon sakini və ÜDM-nun həcmi 48 milyarddan çox olan Azərbaycanın qarşısında böyük bir problem durur: iqtisadiyyatını qiyməti makroiqtisadi göstəriciləri müəyyən edən neftdən şaxələndirmək. Əslində, 2015-ci ildə manatın ikiqat devalvasiyası səbəbilə ailə gəlirlərinə dəyən mənfi təsirlər  2018-ci ilidən etibarən azalmağa başladı. Covid-19 epidemiyasının yaratdığı qaçılmaz geriləmədən öncə, son semestrlərdə istehlakda və investisiyalarda nəzərə çarpacaq dəyişikliklər müşahidə olunmuşdur.

Azərbaycanı bir ticarət qovşağına çevirmək, özünü Avropa ilə Çin, eləcə də Cənubi Asiya ilə Rusiya arasında ticarət  qovşağı kimi təqdim etmək, Azərbaycan hökumətinin uğur strategiyasıdır. Bunu nəzərə alaraq, önümüzdəki illərdə ölkənin resursları əsasən yol, liman və dəmir yolu infrastrukturuna yatırılacaq. Bununla yanaşı, qeyri-neft sektorunun bəzi sahələri, xüsusən turizm və aqrar sənaye yeni investisiyalardan faydalanacaqdır.

İtaliya bir neçə ildir ki, Azərbaycanın dünyada birinci ticari tərəfdaşıdır. Son üç ildə idxalatmız iki dəfə artaraq,  2016-cı ildə 2.9 milyard avrodan 2019-cu ilin sonunda 5 milyardadək yüksəlmişdir.  Əvəzində isə, ixracatımız təxminən 300 milyon avro, son 15 ildə italyan şirkətlərinin qazandığı sifarişlərin dəyəri isə təxminən 7 milyard avro təşkil edir.

Ümumiyyətlə,  italyan məhsullarınin ölkədə geniş yayılmasına  və üçüncü ölkələrdən buraya tranzit yolu ilə gətirilməsinə baxmayaraq, İtaliyada istehsal olunan yeni  istehlak məhsullarının növlərini  artırmaq və yerli bazara təqdim etmək üçün geniş imkanlar mövcuddur. Lakin yaranan ticarət defisiti, mövcud vasitələr və ödəniş balansımızın digər maddələri üzrə, sənaye tərəfdaşlığı və Azərbaycandan İtaliyaya yönəlik xarici investisiyalar hesabına qismən kompensasiya edilə bilər. Bir çox iri italyan şirkəti ölkəni inkişaf etdirmək üçün xeyli müddətdir Azərbaycanla əməkdaşlıq edir: Bakı neft emalı zavodunun modernləşdirilməsində Maire Tecnimont, Tap layihəsindəki səhmlərin 20% -nə sahib olan Snam, dəniz platformalarının inşasında Saipem, Bakı-Tbilisi-Ceyhan boru kəmərində  5 % pay sahib olan Eni, Tenaris, Lighthouse, Technip Italia sadalaya biləcəyimiz ən böyük şirkətlərdir. Lakin zamanla qurduğumuz sıx və dinamik iş birliyi sayəsində əməkdaşlıq münasibətlərinə meylli  olan digər şirkətlər də var.

Siyasi dialoqun davamlı konsolidasiyası ilə müşayiət olunan ikitərəfli iqtisadi əlaqələr 2018-ci ildə İtaliya Respublikasının Prezidenti Serco Mattarellanın Azərbaycana (bu ölkəyə səfər edən ilk  dövlət başçısı) dövlət səfəri ilə daha da gücləndi, Prezident Əliyevin 2020-ci ilin fevralında Romaya səfəri və yüzlərlə italyan və azərbaycanlı sahibkarın qatıldığı İtaliya-Azərbaycan Biznes Forumu nəticəsində keyfiyyət sıçrayışı baş verdi. Dövlət səfəri zamanı “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” kimi ticarət, texnologiya və mədəniyyət sahəsində əhəmiyyətli müqavilələr imzalandı və İtaliyanın Kosmik Agentliyi ilə Azərkosmos arasında iki ölkənin texnologiyanın ən qabaqcıl sıralarında işbirliyinə dair saziş  bağlandı.

 


Location:

Ambasciata d'Italia

Author:

Capo Ufficio Commerciale

27