Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Azərbaycan keçmiş SSRİ ölkələri arasında ən yüksək artım tempinə sahib olan ölkələrdən biridir.  2006-2008-ci illər arasında ikirəqəmli böyümə göstəricilərinə nail olan Azərbaycan, son illərdə “Çin” artım templərinə (orta hesabla 20% və maksimum  34%) çatmışdır.Hazırda ölkənin  asılı olduğu neftin qiymətinin aşağı olması və milli valyuta olan manatın devalvasiyası səbəbilə  2015-ci il üçün nəzərdə tutulan 1.9% artım göstəricisinin azalacağı ehtimal olunur.

2015-ci ildə ölkədə  ÜDM-un həcmi  1,9% artaraq 64 milyard avroya, adambaşına düşən ÜDM dəyəri isə 6435 avroya çatmışdır. Qeyri-neft sektorunda 8,3% artım, neft və qaz sektorunda azalma müşahidə olunmuşdur. 2016-cı il üçün artım ehtimalı  2.7%-dir.

2015-2017-ci illərdə iki illik dövrdə inflyasiya səviyyəsində də tədricən azalma gözlənilir ki, nəticədə bu 2015-ci ildə 5,5% -dən 2016-cı ildə 5% -ə, 2017-ci ildə isə 3% -ə enəcək. Son bir ildə dövlət borcu 2014-cü ildə 11,2%-dən 2015-ci ildə 14,4%-ə qədər artmış, lakin 2016-cı ildə 12,4 %, 2017-ci ildə 11,5 %-ə düşməsi gözlənilir. Fitch Agentliyi  2013-cü ildə neft sektorunda başlayan böhran tendensiyasını 2015-2017 illər üçün də keçərli olduğunu təsdiqlədi. Buna baxmayaraq, iqtisadi perspektiv 2016-2017-ci illərdə qeyri-neft sektorunda  ildə 4-5% artım ilə tarazlaşdırılır. Digər tərəfdən, qeyri-neft sektorundakı artım vergi gəlirlərinin artmasına səbəb olacaq və Fitch Agentliyinin proqnozlarına görə, ÜDM 15%-ə çatacaq.

Milli Statistika Komitəsinin xarici ticarətlə əlaqəli məlumatları, 2014-cü ildə mübadilə həcmini 34,7 milyard avro, müsbət ticarət saldosunu 17,3 milyard avro olduğunu göstərir. Ticarət əlaqələrinin 85% -i qeyri MDB ölkələri ilə, təxminən 10% -i MDB ölkələri ilə baş tutub.

İnvestisiya edən ölkələr sıralamasında birinci yerdə İngiltərə (1.12 milyard avro, ümumi xarici investisiyanın 44% -nə bərabərdir), ardınca ABŞ (360 milyon avro, ümumi xarici investisiyanın 14.4% -ə bərabərdir), Yaponiya (222 milyon avro, ümumi xarici investisiyaların% 9-una bərabərdir), Norveç (ümumi xarici investisiyaların 5%-i), Çexiya (4% ), Türkiyə ( 4%), Fransa 1.8(% ), Koreya (1.1% ) qərarlaşır. İtaliya 360 min avro və  ümumi xarici investisiyada 0.1%-dən aşağı göstərici ilə  9-cu yerdədir.

SACE ölkəni beşinci risk kateqoriyasına aid edir (2016). Reytinq şirkəti Standard & Poor’s, ölkənin reytinqini sabitdən mənfi səviyyəyə endirib, qısamüddətli və uzunmüddətli dövlət borcu reytinqini BBQ- / A-3 kimi  təsdiq edərək, ölkənin perspektivini yenidən nəzərdən keçirdi. Reytinq şirkətinin bu qərarı, xam neft satışından əldə olunan gəlirlərin azalması səbəbindən dövlət xərclərinin azalmasından və ya dövlət borcunun artmasından əziyyət çəkən Azərbaycan iqtisadiyyatına aşağı neft qiymətlərinin təsirləri ilə əlaqələndirilir. Şirkətin ehtimalına görə,  2015-ci ildə neftin bir barelinin qiyməti 55 dollardan aşağı olacaq, 2016-2018-ci illər ərzində 75 dollara qədər əhəmiyyətli dərəcədə bərpa olunacaq və bununla da cari ildə və yaxın iki ildə Azərbaycan iqtisadiyyatının artımında geriləmə, ticarət balansı və dövlət büdcəsində azalma  müşahidə olunacaq.

EIU 2014-18-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik nisbətdə 2,5% artımla davam edəcəyini proqnozlaşdırır. Neft hasilatındakı azalma əslində, Şahdəniz II yatağına istinad edərək enerji sektoruna yüksək investisiya axını ilə kompensasiya ediləcəkdir. İnflyasiya 2014-cü ildə ən sürətlə artaraq, 2014-18-ci illərdə ortalama 5.8% təşkil edəcək. 2014-18-ci illərdə valyuta nominal olaraq ABŞ dollarına nisbətdə sabit qalacaq, ixracat gəlirləri və xarici kapital axını sayəsində dəstəklənəcəkdir.

BVF-a görə, Azərbaycanın son on ildə sürətli artım mühərriki olan neft hasilatı əsasən 2014-18-ci illərdə  dəyişməz qalacaq və daha sonra ümumi istehsalın 80% -ni təşkil edən Azəri-Çıraq-Günəşli (AÇG) yatağında azalma müşahidə olunacaq.