Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Turizm

Orta statistik Azərbaycan vətəndaşı iş və ya turizm məqsədilə səyahət edir. Üstünlük verilən istiqamətlərin Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri olması yalnız dil, mədəni və ailə əlaqələrindən asılı olmayıb, həm də qiymətlərin rəqabət qabiliyyəti və bu ölkələrə vizasız giriş şərtlərinin sadələşdirilməsi səbəbilədir. Digər ənənəvi turizm məkanları azərbaycanlıların müalicəsi üçün İran və Gürcüstandır.

Milli valyutanın devalvasiyası səbəbindən, 2016-cı ildə azərbaycanlıların İtaliyanın mədəni irsinə və bəzi italyan şəhərlərinə olan böyük marağına baxmayaraq, İtaliyaya turizm vizaları üçün müraciətlərin sayı iki dəfə azaldı. Keçən ilə qədər turizm məqsədilə viza sayı çox yüksək idi (2015-ci ildə 10.000-dən çox viza), ancaq bu günə qədər (iyun 2016)  verilən viza sayı cəmi 2500-dir.

AZAL Azərbaycan hava yolları şirkətinin idarə etdiyi birbaşa Bakı-Milan-Bakı marşrutu sayəsində İtaliyanın əsas turistik şəhərləri Roma və Milan olaraq qalır.

Lakin təəssüf ki, Bakı-Roma-Bakı reysi 2015-ci ilin oktyabr ayından etibarən dayandırılıb.

Azərbaycanlıları həmçinin, Florensiya və Venesiya kimi məşhur mədəniyyət mərkəzləri, Siena və Peruca kimi tələbə şəhərləri cəlb edir. Gələcəkdə, hər il aprel ayında baş tutan əhəmiyyətli regional tədbir sayılan Bakı Turizm Sərgisində, italyan stendlərinin təşkili imkanlarını da nəzərə alaraq,  bu şirkətlərinin iştirakının təşviqinə dəstək vermək məqsədə uyğundur. İtaliyada Azərbaycan dilində, Azərbaycanda isə italyan dilində turist bələdçisi olmadığından (Cənubi Qafqazın üç ölkəsi üçün yalnız Lonely Planet bələdçisi var), buna olan tələbat getdikcə artır.

Səyahətçilərin 70% -i xaricə səyahət üçün təyyarəni seçir. IATA (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) üzvü olan Azərbaycan hava yolu şirkəti AZAL (Azərbaycan Hava Yolları) səyahətçilərə Avropa, Müstəqil Dövlətlər Birliyi “MDB”, Yaxın Şərq və Asiyaya uçuşlar təklif edir. Uzunmüddətli uçuşlar üçün yeni Boeing təyyarələri alındıqdan sonra şirkət Şimali Amerika və Cənub-Şərqi Asiya ölkələrinə müntəzəm uçuşlar planlaşdırır. AZAL həftədə iki dəfə Bakıdan Milan Malpensaya birbaşa uçuşlar həyata keçirir. AZAL-dan başqa İtaliya istiqamətində uçuşlar həyata keçirən şirkətlər arasında Türk Hava Yolları (İstanbuldan İtaliyanın böyük şəhərlərinə), Lufthansa (Frankfurtdan), Aeroflot (Moskvadan ), Austrian Airlines (Vyanadan) və ucuz qiymətə Wizz air (Budapeşt vasitəsilə) kimi digər hava yolları da var.

İtaliya Azərbaycanda yalnız mədəni irsinin gözəlliyi və zənginliyi ilə deyil, həm də moda, kulinariya və mebel kimi tipik Made in Italy məhsulları ilə məşhurdur. Azərbaycanda, xüsusən də paytaxtda, İtaliyada istehsal olunan məhsulun keyfiyyətinə və dizaynına olan rəğbətdən xəbər verən bir sıra brend və ənənəvi markalar var. Burada Salvatore Ferragamo, Max Mara, Giorgio Armani, Dolce & Gabbana, Versace, Gucci, Ermenegildo Zegna və digərləri kimi ən prestijli və yüksək səviyyəli bütün italyan markalarının  satış nöqtələri mövcuddur.

Yeni texnologiyalar və turizm

Azərbaycanda internetdən istifadə  geniş yayılmışdır. Internet World Stats-a görə, ölkədəki internet istifadəçiləri 2000-ci ildə 12.000-dən 2012-ci ildə 4.7 milyona çatıb ki, bu da bütün Asiya üzrə 0.4% -i təşkil edir. İnternetdən istifadə göstəricisi 50%-dir (ümumi əhalinin 9 milyonundan 4.7 milyonu). Facebook istifadəçiləri 963.100 nəfərdir. İnternetin turizm sahəsində istifadəsi çox yüksəkdir. Gedəcəyiniz ölkə, onun mədəniyyəti və ənənələri  haqqında məlumat tapa biləcəyiniz çoxlu sayda veb səhifələr  var.

Azərbaycan turizm agentlikləri

Hazırda Azərbaycanda 141 turizm agentliyi və turoperator fəaliyyət göstərir. Ümumilikdə bu sektorda 1541 işçi var. İstənilən  məlumat üçün Azərbaycan Respublikası Turizm və Mədəniyyət Nazirliyinin www.azerbaijan.tourism.az veb səhifəsinə daxil ola bilərsiniz.

Əsas turizm agentlikləri bunlardır:

Silk Way Travel – www.swtravel.az

Paşa Səyahət – www.pashatravel.az

Improtex Səyahət – www.improtex-travel.az

STI Travel,Cheap Student Travel – www.sti.az