This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Neft Boru Kəmərləri, Qaz Boru Kəmərləri və Cənub Qaz Dəhlizinə aid bölmə

 

Neft Boru Kəmərləri, Qaz Boru Kəmərləri və Cənub Qaz Dəhlizinə aid bölmə

Neft boru kəmərləri

Azərbaycanın üç əsas ixrac boru kəməri var: Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, Bakı-Novorossiysk neft boru kəməri və Bakı-Supsa neft boru kəməri.

Üç neft kəmərinin sxemi

BAKI-TBİLİSİ-CEYHAN NEFT BORU KƏMƏRİ

Neft ixracatının böyük hissəsi yuxarıda yaşıl rəngdə göstərilən sxem üzrə  Xəzər dənizindəki AÇG yataqlarından başlayaraq, Gürcüstan ərazisindən keçib Aralıq dənizində Türkiyənin Ceyhan limanına qədər 1110 mil məsafədə olan BTC (Bakı-Tbilisi-Ceyhan) boru kəməri sistemi ilə həyata keçirilir. Oradan neft tankerlərdə, əsasən Avropa bazarlarına göndərilir. Göründüyü kimi, İtaliya Azərbaycan xam neftinin ən böyük idxalçısıdır. Boru kəməri 2006-cı ilin iyul ayında fəaliyyətə başlayıb, ən böyük pay sahibi olan BP (British Petroleum) tərəfindən idarə olunur və ABƏŞ səhmdarlarına məxsusdur. Boru kəmərinin gündəlik ötürmə gücü  1 milyon barrelə bərabərdir. BTC boru kəməri Xəzər dənizi ilə gəmi vasitəsilə Bakı yaxınlığındakı Səngəçal Terminalına gedən Qazaxıstan neftinin ixracı üçün də istifadə olunur. Qazaxıstan neftinin Tengiz yatağından ixracatı 2008-ci ilin oktyabrında gündə 350 barrel ilə başlamış və 2009-cu ilin fevralından bəri gündəlik 4800 barrelə qədər artmışdır.

Bakı-Novorossiysk NEFT BORU KƏMƏRİ

830 mil uzunluğu, gündə 100.000 barrel tutumu olan Bakı-Novorossijsk boru kəməri (yuxarıdakı sxemdə mavi rəngdə göstərilmişdir) Səngəçal Terminalından Qara dəniz vasitəsilə Rusiyanın Novorossiysk şəhərinədək uzanır.  Boru kəmərinin Azərbaycan hissəsinə SOCAR, digər hissəsinə isə Transneft nəzarət edir.  2008-ci ildə verilən proqnoza görə, gündəlik ixracatın  29.000 barrel olması ehtimal olunurdu.

BAKI-SUPSA NEFT BORU KƏMƏRİ

Bakı-Supsa neft boru kəməri (yuxarıdakı sxemdə qırmızı rəngdə gözstərilmişdir) gündə təxminən  145.000 barrel neft hasil etmək gücünə malikdir və Bakıdan Qara dəniz vasitəsilə Gürcüstanın Supsa şəhərinə qədər 520 mil məsafədədir. Boru kəməri  BP tərəfindən idarə olunur və ABƏŞ tərəfdaşlarına məxsusdur. Boru kəməri 2006-cı ilin oktyabrından 2008-ci ilin avqustuna qədər təmirə bağlanmış, lakin Rusiya-Gürcüstan münaqişəsi zamanı təhlükəsizlik səbəbi ilə 2008-ci ilin noyabrına qədər neft nəql etməmişdir. 2008-ci ildə Supsaya gündə 13000 barrel neft ixrac edilməsi nəzərdə tutulurdu. AÇG yataqlarındakı payını ixrac etməsi məqsədilə neft kəməri ExxonMobil şirkətinə istismara verilmişdir.

 

Qaz boru kəmərləri
İxrac üçün nəzərdə tutulan və istifadə olunan qaz boru kəmərləri

 

CƏNUBİ QAFQAZ BORU KƏMƏRİ - CQBK (və ya Bakı-Tbilisi-Ərzurum, BTƏ)

Azərbaycanın təbii qaz ixracatının əsas kanalı,  Xorasanda  Türk qaz boru sisteminə qoşulmazdan əvvəl  Bakı-Tbilisi-Ərzurum (BTE) kimi tanınan və 429 mil BTC  boru kəməri ilə paralel uzanan Cənubi Qafqaz Boru Kəməridir (CQBK). 2007-ci ildə istifadəyə verilən boru kəmərinin ilkin mərhələdə ildə 8.8 milyard kubmetr, kompressor stansiyalarının əlavə edilməsi ilə gələcəkdə 40 milyard kubmetr qaz nəqli nəzərdə tutulmuşdur. Boru kəməri Şahdənizqaz konsorsiumuna məxsusdur və onun tərəfindən istismar edilir.

 

MOZDOK-QAZIMƏMMƏD QAZ BORU KƏMƏRİ

2009-cu ildə SOCAR və Qazpromun imzaladığı müqaviləyə əsasən  150 ​​mil uzunluğda olan bu boru kəməri Azərbaycandan Rusiyaya təbii qaz nəql edir. Rusiyaya qaz ixracatı 2010-cu ildə başlayıb.

 

BAKI-ASTARA KƏMƏRİ

Ermənistanla gərginlik səbəbindən, Azərbaycan Naxçıvan eksklavını  təbii qazla təmin edən İranla mübadilə müqaviləsi bağlayıb. İran tranzit üçün yüzdə 15 komissiya haqqqı alır.

2010-cu il noyabr ayının sonunda enerji mübadiləsini genişləndirmək məqsədi ilə iki ölkə arasında  Azərbaycan və İran təbii qaz və elektrik enerjisi təchizatı üzrə əməkdaşlıq memorandumu imzalandı.

 

Layihələşdirilən qaz boru kəmərləri:

 

Cənub Qaz Dəhlizi (SGC)

SGC, qaz axınlarının şaxələndirilməsi, artırılması və davamlılığı  məqsədi ilə Xəzərin nəhəng təbii qaz ehtiyatları (Şahdəniz-2 yatağı) ilə İtaliya sahilləri arasında ilk birbaşa əlaqə yaradan,  Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətli infrastruktur layihəsidir ( hazırda  AB üçün “qeyri-OPEC , qeyri-rus və qeyri-ərəb” mənbədən gələn və inşası davam edən yeganə infrastrukturdur).

Layihə 3 fərqli bölmədən ibarətdir:

1. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi - CQBKG (Xəzər-Azərbaycan-Gürcüstan);

2. Trans Anadolu Qaz Boru Kəməri - TANAP (Türkiyə);

3. Trans Adriatik Boru Kəməri - TAP (Yunanıstan - Albaniya - İtaliya).

Layihəyə Yunanıstan-Bolqarıstan (IGB) daxili birləşdiricisi də əlavə ediləcək. Bununla yanaşı, Monteneqro və Xorvatiyadan başlayaraq, İon-Adriatik bölgəsi boyunca genişləndirmə ilə bağlı fərziyyələr də artıq araşdırılır.

Layihə 2013-cü ilin iyun ayında seçilmiş (rəqib "Nabukko" müqayisədə) və növbəti ilin  sentyabr ayında Bakıda on bir Avropa şirkəti (İtaliyanın Enel və Hera Trading şirkətləri də daxil olmaqla) ilə 25 il müddətinə ümumi dəyəri 100 milyard ABŞ dolları olmaqla təbii qazın uzunmüddətli satış müqavilələri imzalanmışdır.

2013-cü ilin dekabrında inşaat şirkətləri tərəfindən "son investisiya qərarı"  elan edildi, ardınca 2014-cü ilin sentyabrında Bakıda "təməl atma" mərasimi və 2015-ci ilin martında TANAP üzərində işlər başlandı. Yunanıstanda TAP-ın  icrasının gələn ilin mayında,  İtaliyada isə ən qısa zamanda, yəni 2016-cı ildə başlanması planlaşdırılır. "İlk qazın" İtaliyaya gəliş tarixi ən geci 2020-ci ilin yanvar ayı üçün təyin olundu.

Təxminən 3200 km uzunluğunda olan CQD layihəsinə ümumilikdə 45 milyard ABŞ dolları həcmində investisiya ayrılması nəzərdə tutulur və hazırda dünyada enerji sektoruna qoyulan ən böyük investisiyalardan biri hesab olunur. Səhmlərin pay bölgüsündə üç konsorsium (CQBKG-TANAP-TAP), 11 böyük beynəlxalq (ilk növbədə Azərbaycan SOCAR və BP, bu yaxınlarda TAP-a 20% -lə daxil olan İtaliyanın SNAM şirkəti ) şirkət iştirak edir.

Layihəyə maraq göstərən dövlətlər (yeddi tranzit ölkə, Bolqarıstan və İon-Adriatik bölgəsinin iki müşahidəçisi, habelə Avropa Enerji Təhlükəsizliyi məqsədi ilə layihənin strateji dəyərini daima dəstəkləyən AB Komissiyası, İngiltərə və ABŞ ) hər il Energetika nazirləri səviyyəsində təşkil olunan  xüsusi  Məşvərət Şurası çərçivəsində toplanır (İtaliya tərəfdən PDC və  MISE).

İlkin mərhələdə istehsal olunacaq 16 milyard kubmetr qazın, 6 milyard kubmetri Türkiyə, digər 10 milyardı isə AB ölkələrinin payına düşür. Boru kəməri 20-30 milyard kubmetrə qədər genişlənmə potensialına malikdir (Türkmənistan, İran, Şimali İraq, Şərqi Aralıq dənizi və Misir kimi ölkələrin layihəyə qoşulması onun əhəmiyyətini daha da artıra bilər).

İllik tələbatı 2015-ci ildə 500 milyard kubmetrdən az olan Avropanın qaz ehtiyaclarının, 2030-cu ildə təqribən 600 milyard kubmetrə çatacağı gözlənilir (mənbə: BP).  2030-cu ilə qədər CQD,  Rusiya və Şimali Afrika mənşəli MTQ-dan sonra Avropanın üçüncü idxal mənbəyi olma potensialına malikdir.

 

TAP (Trans-Adriatik Boru Kəməri)

Layihənin səhmdarları Britaniyanın BP (20%), Azərbaycanın SOCAR (20%), İtaliyanın SNAM (2015-ci ilin sonundan bəri 20%), Belçika Fluxys (19%), İspaniyanın Enagas (16%) və İsveçrənin Axpo (5%) şirkətləridir.

Boru kəməri 105 km sualtı olmaqla, 878 km yol qət etdikdən sonra İtaliyada, Pulya regionunda San Foka-Melendunyoda yekunlaşacaq. TAP İtaliya ərazisində 8 km quru yolu ilə davam edərək SNAM tərəfindən inşa edilən təxminən 60 km uzunluğunda yerli qaz boru kəməri şəbəkəsinə qoşularaq Avropaya doğru qaz axınını təmin edəcək. Bütün Avropa şəbəkəsinin daha çox inteqrasiyası, şaxələndirilməsi və təhlükəsizliyini təmin etmək məqsədi ilə innovativ “tərs axın” üsulu qaz tədarükü hər iki istiqamətə daşınacaq.

Daxili prosedurlar baxımından, 2015-ci ilin may ayında Nazirlər Kabinetinin qərarından sonra MISE TAP layihəsi üçün son icazəni təsdiqlədi. Buna baxmayaraq, bu tarixdən sonra belə Pulya bölgəsi icazəyə kəskin münasibət göstərdi. Lakin ötən ilin fevral ayında artıq Kənd Təsərrüfatı və Meşə Siyasəti Nazirliyi tərəfindən verilmiş icazəyə əsasən, hazırda Pulya bölgəsində artıq yüzlərlə zeytun ağacının çıxarılması və köçürülməsi diqqət mərkəzindədir.

Ümumi götürsək, layihənin əsas üstünlükləri aşağıdakılardır:

  • İtaliyanın və bütünlükdə AB-nin enerji baxımından şaxələndirilməsi və təhlükəsizliyinə strateji dəstək
  • SNAM şəbəkəsinin rolu sayəsində, ölkəmizin Cənubi Avropada regional qaz qovşağına çevrilmə imkanı
  • Layihənin icrasının üç mərhələsində dizayn, tikinti və material təchizatı sahəsində italyan şirkətlərinə həvalə edilmiş böyük miqyaslı işlər. Ümumi (yekun deyil) gəlir hazırda təxminən 5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilə bilər
  • Pulyada iş yerlərinin yaradılması və yerli istehsal üçün yaranan əlavə imkanlar (TAP çərçivəsində keçən ilin fevralında, təxminən 130 Pulya şirkəti ilə görüş keçirilərək yeni iş imkanları barədə məlumat verilmişdir)
  • yerli rəhbərliklər və icmalarla razılaşdırılaraq həyata keçiriləcək, ictimai əhəmiyyətli və maraq doğuran sahələrdə layihələrə dəstək olmaq üçün "corporate responsibility" təşəbbüsləri üçün TAP konsorsiumunun geniş imkanları.

 

Sonda xatırlatmaq lazımdır ki, səlahiyyətli yerli orqanlar tərəfindən aparılan müvafiq araşdırma və tədqiqatlar layihənin həyata keçirildiyi Pulya bölgəsində ətraf mühitə ehtimal olunan minimal təsir barədə məlumat verib.

 

TANAP QAZ BORU KƏMƏRİ

Azərbaycanı Türkiyə ilə birləşdirəcək TANAP (Trans-Anadolu Qaz Boru Kəməri Layihəsi) qaz kəməri (qırmızı ilə göstərilib), 1200 kilometrdən çox uzunluğa və illik 16 milyard kubmetr ötürmə qabiliyyətinə malik olacaqdır. Türkiyənin qərb sərhədindən keçən Azərbaycan qazı, Cənubi İtaliyadan TAP vasitəsilə Avropa bazarlarına, Qərbi Nabukko ilə Mərkəzi Avropaya çatdırılacaq.

2011-ci ildə TANAP layihəsinin başlanması üçün Anlaşma Memorandumu imzalanması ilə Türkiyə və Azərbaycan, Avropanın qaz təchizatında istehsalçı və əsas tranzit dəhlizi olaraq aparıcı rollarrını bir daha təsdiqlədilər. İzmirdə ilkin razılıqdan sonra, Ankara və Bakı texniki-iqtisadi qiymətləndirməyə başladı və Türkiyə-Azərbaycan konsorsiumu yaratdıldı (Azərbaycandan SOCAR 80% ilə, qalan 20% -i ilə Türkiyənin BOTAŞ və TPAO arasında).

TANAP boru kəməri layihəsi, öz həcmi ilə  yanaşı, strateji baxımdan da vacibdir. Belə ki, bu kəmər türk qaz şəbəkəsinə ildə 20 milyard kubmetrdən çox qazın Avropaya çatdırması ilə bağlı çətinlikləri aradan qaldırmağa imkan verəcəkdir. Əslində yeni layihə, Azərbaycanın 2018-ci ildən başlayaraq kommersiyalaşdırmağı planlaşdırdığı böyük miqdarda qazı Avropa bazarına çıxarması üçün şərait yaradır: bura yalnız Şahdəniz yatağından hasil olunan 16 milyard kubmetr qaz aid  deyil, 2022/ 2025 - ci ildə 50 milyard kubmetr ehtiyata sahib olan yeni "Abşeron" (TOPLAM) və "Ümid" (SOCAR) yataqları da daxildir.

Gələcəkdə Transxəzər sualtı qaz kəmərinin inşası üçün bir razılaşma olsa, o halda Türkmənistanın şəbəkəyə qata biləcəyi həcm də bura əlavə olunacaq.

 


117