This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Karbohidrogenlər bölməsi

 

Karbohidrogenlər bölməsi

Neft və qaz resursları

Azərbaycan əsas neft və təbii qaz ixracatçısı və Avropaya enerji nəql edən dəhliz kimi inkişaf edir. Neft ixrac edən ölkələrin dünya sıralamasında, Azərbaycan gündə təxminən 1.041.000 barrel (2012-ci ilin məlumatı) hasilatı ilə 21-ci yerdədir.  2012-ci ildə xalis neft ixracatının gündə 904.000 barrel olduğu təxmin edilir (Mənbə: ƏMTQ - Enerji Məlumat idarəsi). Azərbaycanın xam neft ehtiyatları 7 milyard barrel kimi qiymətləndirilir.
Qaz istehsal edən ölkələrin dünya sıralamasında Azərbaycan 31-ci yerdədir. 2012-ci ildə xalis qaz ixracatı təxminən 9 milyard kubmetr olub (Mənbə: ƏMTQ - Enerji Məlumat İdarəsi). Azərbaycanın təxmin edilən qaz ehtiyatları 1300 milyard kubmetrə bərabərdir.

 

- Neft

2012-ci ildə xalis neft ixracatı gündə təxminən 0,9 milyon barrel təşkil etmiş, 2013-cü ildə isə OPEC hasilatda 0,8 milyon barrelə qədər azalma proqnozlaşdırmışdır.

Ölkənin ən böyük karbohidrogen hövzələri  Xəzər dənizində, xüsusən "Azəri Çıraq Günəşli" (AÇG) yataqlarında yerləşir. AÇG yataqları Xəzərin sahilində, Bakıdan 62 mil şərqdə yerləşən Azərbaycanın ən böyük yatağıdır. Hal-hazırda  dənizdə beş istehsal platforması var, altıncı olan ChiragOil Layihəsiniin inşası davam edir və 2013-cü ildə işə salınması nəzərdə tutulur.

Neft göstəriciləri

 

SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) dövlətə məxsus neft və təbii qaz şirkətidir. Şirkət ölkənin iki neftayırma zavodunu - neft və qaz boru kəməri sistemini, idxal və ixracatı idarə edərək, neft və təbii qaz istehsalı sektorlarında fəaliyyət göstərir. Sənaye və Energetika Nazirliyi ixracatı və xarici şirkətlərlə kəşfiyyat və hasilat müqavilələrini idarə etsə də, SOCAR neft və qaz hasilatı ilə bağlı layihələrin inkişafı üçün bütün beynəlxalq konsorsiumların üzvüdür.

ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Azərbaycanla hasilat müqaviləsi imzalamış 10 neft şirkətindən ibarət konsorsiumdur. ABƏŞ-ə aşağıdakılar daxildir: British Petroleum (BP), Chevron, Devon Energy, StatoilHydro, TurkiyePetrolleri, Amerada Hess, ExxonMobil, Inpex, Itochu və Socar. ABƏŞ AÇG yataqlarının işlənməsinə, eləcə də Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tikintisinə əhəmiyyətli investisiyalar qoymuşdur. British Petroleum (BP) ən böyük xarici investordur və Azərbaycanda 1992-ci ildən bəri fəaliyyət göstərir.

 

-Qaz

Azərbaycanda təsdiqlənmiş təbii qaz ehtiyatları təxminən 1,3 trilyon kubmetrdir (ƏMTQ məlumatları). 2012-ci ildə Azərbaycanda qaz  istehsalı 8,3% artmışdır ki, bu da təxminən 9 milyard kubmetrə bərabərdir. Azərbaycan hökumətinin planı Şahdəniz-2 yatağının istismarına başladıqdan sonra, qaz hasilatını təxminən 40 milyard kubmetrə çatdırmaqdır.

Neft göstəriciləri

 

Ölkə Şahdəniz-2  yatağında hasilata başladıqdan sonra 2007-ci ildən etibrən xalis qaz ixracatçısına çevrilib. 2018-ci ildən başlayaraq, Şahdəniz yatağının (Şahdəniz-2 adlanan) istismarının ikinci mərhələsinin açılması ilə,  Azərbaycanın qaz hasilatı 2018-ci ildə 40 milyard kubmetrə, 2020-ci ildə isə 80 milyarda çatacaq. Bu isə, dünyanın təxminən 560 milyard kub fut pik gücü olan ən böyük qaz inkişaf layihələrindən biridir.

Şahdəniz-2 Xəzər dənizini Avropa ilə birləşdirəcək qaz kəmərləri vasitəsilə Avropa bazarlarını qazla təmin edəcəkdir. Hazırda Şahdəniz Konsorsiumu tərəfindən iki boru kəməri layihəsi araşdırılır: Trans-Adriatik Pipiline (TAP) və Qərbi Nabukko (bax: Qaz Boru Kəmərləri bölməsi). Konsorsiumun son qərarı 2013-cü ilin birinci yarısında gözlənilir.

SOCAR-ın törəmə şirkəti olan "Azəriqaz" təbii qazın əsasən daxili bazarda emalı, nəqli, paylanması və saxlanmasına cavabdehdir. SOCAR-ın digər bir törəmə şirkəti olan Azneft, SOCAR-ın balansında olan qurudakı və dənizdəki köhnə təbii qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatına cavabdehdir.

ABƏŞ, SOCAR ilə əməkdaşlıq edən ən böyük xarici müştərək müəssisədir və AÇG neft və qaz yataqlarının və Şahdəniz yatağının işlənməsində iştirak edir. Şahdəniz Konsorsiumunun səhmdarları bunlardır: BP (% 25,5), StatoilHydro (25,5% ), Total, Lukoil, Socar, Naftiran hər biri 10% və TPAO (9%). Ticarət və texniki əməliyyatlara cavabdeh operatorlar StatoilHydro və BP-dir.

Azərbaycanın təbii qazının demək olar ki hamısı dənizdəki yataqlardan hasil olunur. Ölkənin əsas təbii qaz yataqları Azəri- Çıraq- Günəşli (AÇG) və Şahdəniz kompleksidir. AÇG neft və qaz yatağı sisteminin bir hissəsi olan Günəşli yatağı “Səngəçal” sualtı boru kəməri ilə daxili bazar üçün Azəriqaz şirkətinə qaz verir. Bakının cənubunda yerləşən Səngəçal Terminalı dünyanın ən böyük inteqrasiya olunmuş neft və qaz emalı terminallarından biridir. Həm xam neft, həm də təbii qaz AÇG və Şahdəniz yataqlarından alınır, saxlanır və emal olunaraq ixrac üçün BTC (Bakı-Tbilisi-Cehylan) və SCP (Cənubi QafqazPipiline) boru kəmərləri ilə nəql olunur.

Neft-qaz ixracat cədvəli

 

 


119