Azərbaycan Avropa, Orta Asiya və Yaxın Şərqin qovşağında, Uzaq Şərq ilə Avropa arasındakı Şərq-Qərb və Cənub-Şimal dəhlizlərinin təbii kəsişməsində olan Qafqaz kimi önəmli bir bölgədə yerləşir. Hindistan yarımadası və Rusiya isə nəqliyyat, enerji və infrastruktur potensialı baxımından ölkənin uzun müddətə investisiya qoymaq və "neft-qaz" asılılığını azaltmaq məqsədini daşıyan strateji tərəfi təmsil edirlər.
Siyasi dialoqun davamlı möhkəmlənməsi ilə müşayiət olunan ikitərəfli iqtisadi əlaqələr, 2004-cü ildə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Birgə Bəyannamənin imzalanmasından sonra daha da gücləndi. İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası 13 iyun 2016-ci il, sonuncu 5-ci iclası isə 14 yanvar 2020-ci il tarixlərində Romada keçirilmişdir.
Baş nazir Enriko Lettanın 2013-cü ilin avqust ayında ölkəyə ilk səfərindən etibarən, İtaliya və Azərbaycan arasındakı münasibətlərdə misilsiz bir intensivlik qeydə alındı. Bunun əsas səbəblərindən biri Azəbaycanın İtaliyada xam neft tədarükçüləri arasında ilk sıralarda olması (idxalatımızın 20% -i) və TAP qaz kəmərinin (Trans-Adriatik Boru Kəməri, strateji cəhətdən milli və AB əhəmiyyəti olan infrastruktur, Cənub Qaz Dəhlizinin son hissəsi) gerçəkləşməsidir.
Ölkələr arasında müntəzəm olaraq dövlət səfərləri həyata keçirilir: sonuncu dəfə, 2020-ci il 20-22 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri olmuşdur. Prezident Əliyevin İtalyaya səfəri, Azərbaycana gələn ilk İtaliya dövlət başçısı olan İtaliya Respublikasının Prezidenti Serco Mattarellanın 2018-ci il 17-19 iyulda tarixi dövlət səfərindən sonra baş tutmuşdur. 2019-cu ilin iyul ayında YUNESKO-nun Ümumdünya irsi komitəsinin 43-cü sessiyası çərçivəsində Kənd Təsərrüfatı, Qida, Meşəçilik və Turizm siyasətləri naziri Can Marko Çentinaio, Xarici İşlər Nazirinin müavini Qulyelmo Pikki və Mədəniyyət nazirinin müavini Luçia Borqonzoni Bakıya səfər etmişdir. Onlar rəsmi səfər ərəfəsində həmkarları ilə görüşmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişlər. 2019-cu ilin fevralında İqtisadi inkişaf nazirinin müavii Andrea Çoffinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 5-ci toplantısında iştirak etmək məqsədilə Bakıya səfər etmişdir. 2018-ci ilin oktyabr ayında İtaliya Respublikası Senatının sədri, Maria Elizabetta Alberti Kazellati Bakıya səfəri zamanı bir sıra dövlət əhəmiyyətli görüşlər keçirmişdir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, 25-26 sentyabr 2018-ci il tarixlərində xaricə ilk rəsmi səfər olaraq məhz İtaliyanı seçmişdir. 2015-ci ilin iyul ayında Prezident Əliyev Milan EXPO sərgisində Azərbaycan pavilyonunun açılışı məqsədilə Romaya gəlmiş və bu münasibətlə o, Romada Prezident Serco Mattarella və Baş nazir Matteo Rentsi ilə görüşmüşdür. 2016-cı ilin noyabr ayında həmin vaxt Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Paolo Centiloninin Azərbaycana səfəri baş tutmuşdur. Baş nazir Enriko Letta isə, 2013-cü ilin avqust ayında Bakıya səfər etmişdir.