This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Prezident İlham Əliyevin İtaliyaya səfəri

 

Prezident İlham Əliyevin İtaliyaya səfəri

PREZİDENT ƏLİYEVİN  2015-Cİ İL İYUL SƏFƏRİ

Prezident İlham Əliyevin təbirincə desək, ölkələrimiz arasındakı münasibətlər əladır və İtaliya Azərbaycanın bir nömrəli tərəfdaşıdır: Azərbaycan prezidenti 2015-ci ilin iyul ayında Milanda keçirilən Expo-da Azərbaycan gününün təntənəli açılışında İtaliya ilə ölkəsi arasındakı münasibətlərdən danışarkən bildirmişdir.

Azərbaycan prezidenti Expo-ya həyat yoldaşı, birinci xanım Mehriban Əliyevanın müşayiəti ilə gəldi.  "İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq genişlənir,  ölkəmizdə 30-dan çox İtalyan şirkəti çalışır" - deyə prezident bildirdi. Azərbaycan Expo-ya ərazisinin biomüxtəlifliyi və qida təhlükəsizliyinə bağlılığından bəhs edən bir pavilyonla qatıldı. "Biz FAO ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq edirik və biz aclıq problemini tamamilə həll etmiş ölkələrik""- deyə prezident əlavə etdi. Universal sərginin sonunda Azərbaycan pavilyonu paytaxt Bakıda biomüxtəliflik parkına çevriləcəkdir.

Milana səfərinin ardından Prezident Əliyev, Baş nazir Matteo Renzi və İtaliya Respublikasının Prezidenti Serco Mattarella ilə ikitərəfli görüşlərdə iştirak etmək üçün paytaxt Romaya yollandı.


276