This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Prezident İlham Əliyevin İtaliya səfəri (Fevral 2020)

 

Prezident İlham Əliyevin İtaliya səfəri (Fevral 2020)

Prezident İlham Əliyevin İtaliya səfəri (Fevral 2020)

20-22 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri  İtaliyaya ilk, tarixi dövlət səfəri üçün Romaya yollandı. Fevralın 20-də İlham Əliyev, böyük bir rəsmi nümayəndə heyətinin müşayiəti ilə Kuirinale sarayında Prezident Mattarella tərəfindən qəbul edildi: görüşün sonunda iki dövlət başçısı mətbuata açıqlamalar verdi. Daha sonra Əliyev Baş nazir Cüzeppe Konte ilə görüşdü, onunla siyasi-institusional və sənaye xarakterli çoxsaylı ikitərəfli müqavilələrin rəsmi mübadiləsində iştirak etdi. 20 fevral axşam saatlarında, naməlum əsgərin abidəsinə əklil qoyduqdan sonra Əliyev Kuirinale sarayına qayıtdı. Prezident Mattarellanın Azərbaycan nümayəndə heyətin üçün verdiyi dövlət ziyafətinin ardından Kapella Paolina zalında konsert proqramı təqdim olundu.

Səfər zamanı Prezident Əliyev İtaliya Respublikası Senatının sədri Maria Elizabetta Alberti Kazellati və Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşdü. Fevralın 21-də İlham Əliyev, onu  Kapitoli təpəsindəki Senatorio sarayından İmperator Forumuna açılan mənzərəni seyr etmək üçün müşayiət edən Roma şəhərinin meri Vircinia Racci ilə görüşdü. Günün ikinci yarısı Prezident Əliyev və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio tərəfindən açılan geniş ikitərəfli Biznes Forumuna həsr edildi. Hər iki tərəf mövcud yüksək münasibətlərin təkcə İtaliyanın Azərbaycanın ilk ticarət tərəfdaşı olması ilə məhdudlaşmadığını bildirərək, iqtisadi və sənaye əlaqələrinin inkişafı üçün də böyük potensialın olduğunu vurğuladılar.


558