Prezident Serco Mattarellanın 2018-ci ilin iyul ayında Azərbaycan Respublikasına dövlət səfəri
Prezident Serco Mattarellanın Azərbaycan Respublikasına dövlət səfəri başa çatıb. Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Enzo Moavero Milanesinin müşayiəti ilə 18 iyul tarixində Prezident Mattarella, Azərbaycan Respublikası Prezidentinin rəsmi iqamətgahı olan Zaqulbada Prezident İlham Əliyev tərəfindən qəbul edildi: görüşün sonunda onlar tərəfindən mətbuata açıqlama verildi. İki Prezidentin iştirakı ilə ikitərəfli müqavilələr imzalandı.
Sumqayt Kimya Sənaye Parkında iki Dövlət Başçısı Maire Tecnimont tərəfindən inşa edilən polipropilen istehsalı zavodunun açılışını etdi.
Səfər günortadan sonra ADA Universitetində (Azərbaycan Diplomatik Akademiyası) Prezident Mattarellanın "Azərbaycan və İtaliya: inkişaf edən dostluğun dərin kökləri və əməkdaşlığımızın gələcəyi" adlı mühazirəsi ilə davam etdi. Sonda dövlət başçısı Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təqaüdlərini "Invest Your Talent in Italy" proqramının iştirakçısı olan azərbaycanlı tələbələrə təqdim etdi.
Daha sonra Prezident Mattarella Azərbaycandakı dini liderlər, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik icmasının rəhbəri, katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyevlə görüşdü.
Axşam Prezidentin Gənclik İqamətgahında Prezident Mattarellanın şərəfinə Azərbaycan Respublikası Prezidenti tərəfindən dövlət ziyafəti verildi.
19 iyul səhəri, Prezident Mattarella, Şəhidlər Xiyabanına əklil qoyduqdan sonra, Heydər Əliyev Mərkəzində İtaliya-Azərbaycan İqtisadi Forumunun son iclasında Prezident İlham Əliyevlə birlikdə çıxış etdi və Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş sərginin açılışını etdi.
Sonra dövlət başçısı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovla görüşdü.
Romaya yola düşməzdən öncə Prezident Mattarella, İtaliya Səfirliyi, ICE əməkdaşları və İtalyan icmasının nümayəndələri ilə görüşdü.