Xarici işlər və Beynəlxalq Əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr tarixlərində Bakıya rəsmi səfər etdi.
Zəngin səfər proqramı çərçivəsində nazir Respublika Prezidenti İlham Əliyev və həmkarı nazir Elmar Məmmədyarov ilə 2018-ci ildə İtaliyanın ATƏT-ə, növbəti ildə Böyük Yeddilik (2017) və o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrliyi (2017) fonunda ikitərəfli və beynəlxalq məsələlərə dair yüksək səviyyəli görüşlər keçirdi. Nazir Centiloni, həmçinin Energetika Naziri Natiq Əliyevlə və daha sonra nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirdi.
Son iclası ötən il iyunun 13-də Romada keçirilən İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın davamı olaraq, naziri Azərbaycanın əsas sektorlarında fəaliyyət göstərən italyan şirkətlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edirdi.