This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Tarix

 

Tarix

İtaliya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin may ayında başlamış və İtaliyanın Bakıdakı səfirliyi (1997) və Azərbaycanın Romadakı səfirliyi açılması (2004) ilə daha da möhkəmlənmişdir. Ölkələr arasındakı münasibətlər yüksək səviyyədədir və həm ikitərəfli, həm də İtaliya ilə Azərbaycanın təmsil olunduğu çoxsaylı beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq münasibətləri ilə xarakterizə olunur.

İtaliya və Azərbaycan, dərin dostluq və əməkdaşlıq münasibətləri, habelə səmərəli iqtisadi tərəfdaşlıq əlaqəsi olan iki ölkədir.  Azərbaycanın gənc demokratiyanın möhkəmlənməsi istiqamətində atdığı addımlarda İtaliya, hər iki ölkənin təmsil olunduğu həm ikitərəfli, həm də çoxtərəfli forumlar səviyyəsində də (xüsusilə ATƏT və Avropa Şurasında) siyasi dialoq imkanlarını artırmışdır.

İtaliya əzəldən Azərbaycanın Avro-Atlantikaya inteqrasiya yolunu təşviq edən ən fəal Qərb "tərəfdaş"larından biri olmuşdur. Bu da öz növbəsində Azərbaycanın Avropa İttifaqı (hazırda Şərq Tərəfdaşlığı çərçivəsində) və Atlantika İttifaqı ilə (Azərbaycanın tərəfdaşlıq sazişi ilə əlaqələndirildiyi) əməkdaşlığının intensivləşməsi, ölkənin keçid dövrünü başa vuraraq demokratiyaya doğru addımlaması və bazar iqtisadiyyatının sürətləndirilməsi kimi məqsədlərə çatmasına təkan verəcək, ciddi beynəlxalq gərginliyin müşahidə olunduğu Qafqaz bölgəsində sabitlik və təhlükəsizlik şərtlərini təmin edəcəkdir.

Siyasi yanaşma baxımından ölkəmizin mövqeyi Dağlıq Qarabağla bağlı uzun müddətdir davam edən münaqişədə hər zaman tarazlaşdırılmış mövqe tutaraq, qərəzli görünə bilən münasibətdən uzaq durmaq, lakin eyni zamanda məsələnin həlli yolunda diplomatik səyləri gücləndirməkdən ibarətdir. Bu rəhbər dairələr tərəfindən müsbət dəyərləndirilən bir yanaşmadır.

İtaliya-Azərbaycan siyasi dialoqunun prioritet "sənədləri" arasında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının islahatını xüsusi vurğulamaq lazımdır. Azərbaycan ali orqanın tərkibinin dəyişdirilməsi üçün həqiqətən demokratik və təmsiledici formulların təbliğinə yönəlmiş diplomatiyamızın arqumentlərinə böyük maraq nümayiş etdirmişdir.

 

1997-ci ildən bugünədək İtaliyanın Azərbaycandakı səfirləri:

Alessandro Fallavollita Qratsi, səfir, Mart 1997;

Marqerita Kosta, səfir, Mart 2001;

Can Luici Maşa, səfir, sentyabr 2005;

Mario Corco Stefano Baldi, səfir, sentyabr 2009;

Campaolo Kutillo, səfir, Avqust 2013;

Auqusto Massari, səfir, Avqust 2017.


86