This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

CEL MAE

 

CEL MAE

İTALİYA ŞİRKƏTLƏRİ TƏRƏFINDƏN XARICDƏ GÖRÜLƏN İŞLƏRIN İCRASININ SERTIFIKATLAŞDIRILMASI (CEL)

ŞİRKƏTLƏR VƏ TEXNİKİ HEYƏT ÜÇÜN 84. D.P.R. 5 OKTYABR 2010 TARİXLİ, 207 SAYLI QƏRARIN İCRASI ÜÇÜN TƏLİMATLAR.

8 iyun 2011-ci il tarixində, Respublika Prezidentinin 5 oktyabr 2010-cu il tarixli 207 saylı fərmanı qüvvəyə minmişdir. Xüsusən fərmanın 84-cü bəndi, xaricdə görülən işlərin sertifikatlaşdırılmasına istinadən, dövlət layihələrinin qəbulunu italyan şirkətlərinin kvalifikasiyasına əsasən təmin edir.

Yeni normativ fərman, həm xaricdəki konsulluq nümayəndəliklərinin, həm də XİN-in mərkəzi strukturunun cəlb edildiyi Dövlət Müqavilələrinə Nəzarət Təşkilatının (AVCP) idarə etdiyi dövlət satınalmaları barədə elektron məlumat bazasını yeniləyir.

 

Xaricdəki Konsulluq idarələrinin fəaliyyət prosedurları

1. Konsulluq xaricdə görülən işlərin sertifikatlaşması məsələsində bir və ya daha çox mütəxəssisi akkreditə edir və bu barədə veb saytında müvafiq təbliğat işləri aparır.

2. Şirkət xaricdə görülən bir işin sertifikatlaşdırılması zərurəti barədə səlahiyyətli Konsulluğa məlumat verir. Şirkət tələbi işin həyata keçirildiyi ərazi üzrə deyil, başqa Konsulluğa təqdim etdiyi halda, müraciət səlahiyyətli Konsulluğa yönləndiriləcəkdir.

3. Konsulluq akkreditə olunmuş mütəxəssislərin siyahısını şirkətə təqdim edir. İşin həyata keçirildiyi konsulluq ərazisi üzrə texniki heyətin olmadığı yerlərdə, şirkət konsulluq nəzdindəki və ya qonşu ölkələrdə akkreditə olunmuş texniki heyətə müraciət edə bilər.

4. Uyğunluq şərtlərini yoxladıqdan sonra nümayəndəliyin təqdim etdiyi siyahıdan şirkətin müstəqil olaraq seçdiyi (etibarlı mütəxəssis) sadələşdirilmiş B modelinə uyğun bir sertifikat hazırlayır. Sertifikat tarix göstərilməklə, möhürlənmiş, mütəxəssis tərəfindən imzalanmış və uyğunluq şərtlərinin olması barədə şəxsin imzası ilə olan elektron və kağız formatında nümayəndəliyə çatdırılır.

5. Zəruri hallarda sadələşdirilmiş B modelinə uyğun sertifikat, müvafiq qaydada Konsulluq idarəsi tərəfindən edilmiş tərcümə və ya rəsmi tərcüməçi tərəfindən verilmiş sənədə əsasən leqallaşdırılır.

6. Konsulluq idarəsi sertifikatdakı möhür və imzanın akkreditə olunmuş mütəxəssislərdən birinə uyğun olduğunu yoxladıqdan sonra məlumatları XİN-nin mərkəzi strukturuna ötürür.

 

Xaricdəki nümayəndəliklər tərəfindən göstərilən xidmətin dəyəri

Müraciət edən şirkət yalnız məlumatın yerləşdirilməsi üçün sabit xidmət xərci olaraq, maksimum 8 səhifədən ibarət bir sertifikat üçün 100,00 avro və hər əlavə səhifə üçün 10,00 avro ödəməlidir. Bu məbləğ iki ildən bir nəzərdən keçirilməlidir.

Məbləğ birbaşa "CEL (İş İcra Sertifikatları) üçün müəssisələrə xidmət " haqqı olaraq bank köçürməsi yolu ilə müvafiq nümayəndəliyə ödənilir.

Bank köçürməsi və cari hesabla əlaqəli məlumat almaq üçün, bu ünvana yazmağınız xahiş olunur: ambasciata.baku@esteri.it 

 

XİN-in mərkəzi strukturunun prosessual fəaliyyəti

Xaricdəki nümayəndəliklər tərəfindən daxil edilmiş məlumatların təsdiqlənməsi ilə Nazirliyin mərkəzi strukturu, Prezidentin 207/2010 Fərmanının 8-ci maddəsinə əsasən sertifikatın elektron kartotekaya daxil edilməsini təmin edir.

Texniki heyət

Normativ istinad

D.P.R.-nin 84-cü bəndi, 2 n. 207/2010 əsasən, "sertifikatlaşdırma, maraqlı tərəfin istəyi ilə, konsulluğun və ya Xarici İşlər Nazirliyinin texniki heyət tərəfindən verilir".

Fidusiar əlaqələrin məzmunu

"Texniki heyət" dedikdə, İtaliya qanunlarının tələb etdiyi vəzifəni düzgün yerinə yetirmək üçün lazımi keyfiyyətlərə sahib olan mütəxəssis nəzərdə tutulur. Bu ifadə texniki işçinin peşəkar keyfiyyətlərinin qanunvericiliklə ifadə edilmiş göstəricilərə əsasən "etibarlı" mütəxəssis mənasını da ifadə edir. Konsulluq idarəsi saxta arayışların mülki və cinayət məsuliyyətləri barədə əlaqədar mütəxəssisləri məlumatlandırır.

 

Texniki mütəxəssislərin akkreditasiyası

Akkreditasiyadan keçmək üçün mütəxəssis:

a) sertifikatlaşdırma üçün hüquqi göstəricilərə, ümumilikdə müvafiq peşə sahibləri birliyində qeydiyyatdan keçmə tələblərinə (mühəndislər, memarlar, sənaye mütəxəssisləri, tədqiqatçılar, ixtisas sahəsi ilə məhdudlaşan geoloqlar) sahib olmalı;

b) işin icra olunduğu ölkənin qanunlarına uyğun olaraq, yerli mütəxəssislər üçün eyni sertifikatı tələb edən texniki-peşə tələblərinə sahib olmalı; İtalyan mütəxəssislər üçün tələb: a) (Peşə sahibləri birliyində qeydiyyat) b) (texniki bacarıqlar);

c) Müqavilələr Məcəlləsi (Qanunverici Fərman, 12 Aprel 2006, No 163) və bununla əlaqəli İcra Qaydaları (Respublika Prezidentinin 5 oktyabr 2010-cu il tarixli, 207 nömrəli Fərmanı) da daxil olmaqla İtaliya qanunvericiliyindən xəbərdar olmaq;

Etibarlı mütəxəssisin akkreditasiyası ilə bağlı aşağıdakıları aydınlaşdırmaq vacibdir:

- a) bəndində göstərilən tələb b) bəndini də əhatə edə bilər;

-maraqlı tərəf c) bəndindəki tələbi 3, d.P.R. 28/12/2000, 445 saylı qanuna əsasən uyğun üsul və normalarla təsdiqləyə bilər;

- səlahiyyətli peşə sahibləri birliyində lazımi qaydada qeydiyyatdan keçmiş italyan texniki işçilərini akkreditasiya etmək, yuxarıda göstərilən tələblərə sahib olmaq şərti ilə həmişə mümkündür.

Şirkət tərəfindən sertifikat təqdim edilən anda onun təsdiqlənməsi üçün, möhür və imzası ilə akkreditə olunmuş mütəxəssislərin siyahısını təqdim etməyi Konsulluq idarəsi öz öhdəliyinə götürür.

 

Uyğunluq və yoxlama

Sertifikat verən mütəxəssis üçün istisnalar:

1) Sertifikatda göstərilən İtalyan və yerli şirkətlərdən hər hansı birinin işçisi olmaq; keçmiş əlaqələr sertifikatın verildiyi tarixdən ən azı üç il əvvəl dayandırılmış olmalıdır;

2) Sözügedən sertifikatların verilməsinə dair müqavilələr istisna olmaqla, sertifikatda göstərilən italyan və yerli şirkətlərdən hər hansı biri ilə müqavilə əlaqəsi olan bir şirkətin şəxsən sahibi və ya nümayəndəsi olmaq; keçmiş əlaqələr sertifikatın verildiyi tarixdən ən azı üç il əvvəl dayandırılmış olmalıdır;

3) Sertifikatda göstərilən italyan və ya yerli şirkətlərdən hər hansı birinin nəzarəti altında olan və ya onlarla əlaqəli şirkətlərdəki istənilən hüquqi şəxs; keçmiş münasibətlərə sertifikatın verildiyi tarixdən ən azı üç il müddətinə xitam verilməlidir;

4) sertifikatda göstərilən italyan və yerli şirkətlərdən hər hansı birinin hüquqi nümayəndəsi ilə üçüncü dərəcəli ortaq olmaq.

Yuxarıda göstərilən şərtlərin yerinə yetirilməsi, mütəxəssis tərəfindən hər bir sertifikata əlavədə öz təsdiqini tapır.

Texniki işçinin akkreditasiyası zamanl konsulluq idarəsi səlahiyyətli yerli orqanlarda (peşə sahibləri birlikləri, universitetlər) yerli standarta uyğun olaraq hazırlanan tələblərin (dərəcə, kvalifikasiya, peşə sahibləri birliyində qeydiyyat) həqiqiliyini yoxlayır. Əks təqdirdə, akkreditasiyanı rədd etməklə yanaşı, səlahiyyətli məhkəmə və peşə orqanlarına da bu barədə məlumat verir.

Qeydiyyatdan keçmiş mütəxəssis yuxarıdakı qayda ilə razılaşmadığı, yalan və ya qeyri-dəqiq sertifikatlar verdiyi və ya uyğunluq şərtlərinin təsdiqləmədiyi təqdirdə dərhal akkreditə olunmuş texniklərin siyahısından çıxarılır; bu barədə dərhal italyan və yerli səlahiyyətli qurumlara və məhkəməyə məlumat verilir.

 

Texniki heyətin vəzifələri

Texniki işçi, görülən işlərin yoxlanılmasından və işlərin müqavilə və mühasibat sənədlərindən aldığı məlumatlara əsasən tərtib edilmiş, AVCP tərəfindən hazırlanmış və sadələşdirilmiş B formasını tam şəkildə doldurmalıdır. Texniki işçi, xüsusilə sertifikatlaşdırılacaq iş üçün Prezidentin 207/2010 saylı fərmanının 61-ci bəndinə və A Qoşmasına istinad edərək iş kateqoriyalarını və təsnifatını müəyyənləşdirməkdən məsuldur. Bu şəkildə doldurulmuş forma, müraciət edən şirkətə və konsulluq idarəsinə elektron və kağız formatında, tarixi, imzası və möhürü ilə aidiyyəti olduğu peşə birliyinin qeydləri və uyğunluq şərtləri göstərilməklə çatdırılmalıdır.

Sertifikatın, texniki və ya hüquqi baxımdan, statik və ya texniki-inzibati test sertifikatının əvəzedicisi olmadığı vurğulanır. Test sertifikatı varsa, deməli sertifikatlaşdırma orqanlarının aktı ilə əldə edilmişdir.

 

Texniki heyətin qonorarı

Nümayəndəliyin texniki işçisinin qonorarı birbaşa peşəkar və müraciət edən şirkət arasında razılaşdırılır.

 

Xarici İşlər Nazirliyinin etibarlı mütəxəssisi

Xarici İşlər Nazirliyinin etibarlı mütəxəssislərinin siyahısı, sertifikat verməyə səlahiyyətli şəxslərin siyahısına əlavə edilməsi məqsədi ilə bütün konsulluq idarələrinə çatdırılır. Sertifikatların verilməsi üçün Şirkətlər tərəfindən Xarici İşlər Nazirliyinin etibarlı texniki işçilərinin işə qəbulu, nümayəndəliklərdə etibarlı texniklərin işə qəbulu ilə eyni şəkildə həyata keçirilir, çünki, hər bir nümayəndəlik üçün ixtisaslı şəxslərin məxsusi siyahısı mövcuddur. Sadələşdirilmiş B forması Nazirliyin texniki mütəxəssisi tərəfindən doldurulduğu təqdirdə, eyni sənəd birbaşa Prezidentin 207/2010 fərmanının 8-ci maddəsinə əsasən elektron kartotekaya daxil ediləcəkdir.

 

Normativ əlavə

D.P.R. 5 oktyabr 2010, n. 207 - Dövlət müqavilələri məcəlləsində nizamnamə

Maddə 84 - Xaricdə aparılan işlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi meyarları (maddə 23, Prezidentin 34/2000 saylı fərmanı)

1. Baş ofis İtaliyada olan şirkətlər tərəfindən xaricdə aparılan işlər üçün ərizəçi SOA-ya işlərin icrası sertifikatı, müqavilənin bir nüsxəsi, görülən işi sübut edən hər hansı bir sənəd və verildiyi halda test sertifikatı təqdim edir.

2. Sertifikat, maraqlı tərəfin sorğusu əsasında, konsulluğun və ya Xarici İşlər Nazirliyinin etibarlı bir mütəxəssisi tərəfindən, müxtəlif kateqoriyaya uyğun işlər icra etmiş maraqlı tərəfin hesabına verilir. Görülən işin məbləği, icra müddəti, hər bir kateqoriya üçün alt müqavilələr və işlərin müntəzəm və uğurla həyata keçirildiyinə dair məlumatlar da sertifikatda öz əksini tapır. Müvafiq məbləğlər subpodratçının tam identifikasiyası, icra müddəti və görülən işlərin kateqoriyası üçün lazım olan məlumatlarla birlikdə sertifikata daxil edilir. Sertifikat, səlahiyyət dairələr üzrə, Xarici İşlər Nazirliyinin məsləhəti ilə, rəhbərlik tərəfindən müəyyənləşdirilmiş və sadələşdirilmiş nümunə əsasında verilir və zəruri hallarda İtaliyanın xaricdəki konsulluq orqanları tərəfindən leqallaşdırılır.

3. İtalyan şirkətləri üçün subpodrat müqaviləsi əsasında işlər görmüş subpodratçılar, kvalifikasiya almaq üçün 2-ci paraqrafa uyğun olaraq italyan icraçısına verilən sertifikatdan istifadə edə bilər və əgər sənəd icraçı tərəfindən tələb olunmasa, sertifikat yuxarıdakı bəndin müddəalarına uyğun olaraq birbaşa subpodratçı tərəfindən tələb oluna bilər.

4. Sertifikat italyan dilində hazırlanır və əgər başqa bir dildə olarsa, diplomatik və ya konsulluq nümayəndəliyi tərəfindən verilmiş italyan dilində təsdiq edilmiş tərcümə yaxud rəsmi tərcüməçi tərəfindən verilmiş sənədlə təmin olunur. Xaricdəki italyan konsulluğu, sertifikat alındıqdan sonra, onu Xarici İşlər Nazirliyinin səlahiyyətli qurumuna ötürür ki, o da öz növbəsində sertifikatı rəhbərlik tərəfindən sadələşdirilmiş modellərə uyğun olaraq, yuxarıda istinad edilən 8-ci maddədə müəyyən edilmiş elektron kartotekaya daxil edilir.

5. Əgər maraqlı tərəf işi bitiribsə və artıq işin icra olunduğu ölkədə nümayəndəliyə sahib deyilsə və ya nümayəndəlik eyni ölkədə mövcud çətinliklər üzündən öz funksiyalarını tam icra edə bilmirsə, Xarici İşlər Nazirliyinin səlahiyyətli qurumuna müraciət edə bilər.

Maddə 3, d.P.R. n. 445/2000

1. Konsolidasiya edilmiş bu aktın müddəaları, İtaliyada və ya Avropa Birliyi ölkələrindən birində qeydiyyatdan keçmiş ofisi olan İtaliya və Avropa Birliyi vətəndaşları, hüquqi şəxslər, partnyorlar, dövlət idarələri və təşkilatlar, birliklər və komitələrə şamil edilir.

2. İtaliyada qanuni olaraq yaşayan və Avropa İttifaqına aid olmayan dövlətlərin vətəndaşları, yalnız İtaliyanın publik şəxsləri tərəfindən yoxlanıla və ya təsdiqlənə biləcək faktlar və şəxsi vəziyyətlər, keyfiyyətlərin sübutu üçün 46 və 47-ci bəndlərdə göstərilən əvəzedici bəyannamələrdən istifadə edə bilərlər. Bu mənada, miqrasiya qaydaları və əcnəbinin vəziyyəti ilə bağlı qanun və qaydalarda yer alan xüsusi müddəalar istisna təşkil edir.

3. 2-ci bənddə nəzərdə tutulmuş hallar xaricində, ölkə ərazisində qanuni olaraq yaşayan, qeyri- İttifaq dövlətlərinin vətəndaşları yalnız İtaliya ilə onların ölkələri arasında beynəlxalq konvensiyalara uyğun hazırlandığı təqdirdə, 46 və 47-ci maddələrdə göstərilən əvəzedici bəyannamələrdən istifadə edə bilərlər.

4. 2-ci və 3-cü bəndlərdə göstərilən hallar xaricində, vəziyyətlər, şəxsi keyfiyyətlər və faktlar xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sertifikatlar və ya attestasiyalarla sənədləşdirilir və İtaliyanın konsulluq orqanı tərəfindən əslinə uyğunluğu təsdiq edilmiş italyan dilinə tərcüməsi ilə müşayiət olunur. Maraqlı tərəfə, həqiqətə uyğun olmayan hərəkətlər və ya sənədlər hazırlamaq cəhdlərinin cinayət məsuliyyəti barədə xəbərdarlıq edilir.


285