This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

“Polis rəisi, ictimai asayiş üzrə baş Direktorun 5 Noyabr 2018-ci il tarixli fərmanı ilə elan edilmiş, “81 nəfərə Dövlət Polisi həkimi vəzifəsinin” verilməsi üçün imtahanlar barədə müsabiqə elanı.

 

“Polis rəisi, ictimai asayiş üzrə baş Direktorun 5 Noyabr 2018-ci il tarixli fərmanı ilə elan edilmiş, “81 nəfərə Dövlət Polisi həkimi vəzifəsinin” verilməsi üçün imtahanlar barədə müsabiqə elanı.

6 Noyabr 2018-ci il tarixli İtaliya Respublikasının rəsmi mətbu orqanı olan Gazzetta Ufficiale , 4-cü xüsusi buraxılışının "Müsabiqələr və imtahanlar" bölməsində polis rəisi, ictimai asayiş üzrə baş direktorun 5 Noyabr 2018-ci il tarixli fərmanı ilə Dövlət Polis İdarəsinə 81 həkim vəzifəsi üçün imtahan barədə müsabiqə elanının dərc edildiyini bildiririk. Elanın mətni ilə dövlət polisinin veb saytında (www.poliziadistato.it - ​​"müsabiqələr" başlığı altında) tanış olmaq olar.

Xaricdə olan namizədlər, müsabiqəyə buraxılmaq üçün müvafiq müraciət ərizəsini doldurmalı və bildirişin İtaliya Respublikasının rəsmi qəzetində dərc edildiyi gündən etibarən 30 gün ərzində, elektron üsulla aşağıdakı ünvandan göndərməlidir: http://concorsionline.poliziadistato.it ("İctimai müsabiqə" nişanını sıxın).

Elektron prosedur başa çatdıqdan sonra, namizəd yalnız İctimai Rəqəmsal Kimlik Sistemi (SPID) vasitəsi ilə, www.spid.gov.it korporativ veb saytındakı məlumatlara əsasən, Rəqəmsal İtaliya Agentliyində (AGID) akkreditə olunmuş təminatçılardan biri ilə əlaqə saxlayaraq, əvvəlcədən əldə edilməli olan müvafiq göstəricilərlə (istifadəçi adı və şifrəsi) sayta giriş edə biləcəkdir.

Yuxarıda göstərilən onlayn prosedur başa çatdıqdan sonra, namizəd göndərilən ərizənin bir nüsxəsini yükləyə və çap edə biləcəkdir. Namizəd artıq göndərilən ərizəni dəyişdirmək istədikdə, öncə onu ləğv etməli və bildirişdə göstərilən icazə müddəti ərzində yeni bir versiya göndərməlidir. Bundan sonra kompüter sistemi artıq yeni məlumat qəbul etməyəcəkdir.


422