This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Kitabxana

 

Kitabxana
  • Xarici İşlər Nazirliyinin İşçiləri Konsorsiumu Assosiasiyası tərəfindən nəşr olunan, Bakıdakı həyat haqqında faydalı məlumatları ehtiva edən "Come e Dove" bələdçisinin yenilənmiş versiyası
  • 2012-ci ildən etibarən, gəlir və əmlak vergiləri ilə bağlı ikiqat vergitutmanın və vergidən yayınmanın qarşısını almaq üçün İtaliya Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Konvensiya qüvvədədir. Azərbaycan - ikiqat vergitutmanın ləğvi barədə Konvensiya (21.07.04).pdf 
  • BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələri:
    • 30 aprel 1993-cü il 822 saylı Qətnamə: Atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir. Münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə çağırır. [ENG]
    • 29 iyul 1993-cü il 853 saylı Qətnamə: Bütün hərbi əməliyyatların təxirəsalınmazdan dayandırılmasını, və münaqişədə iştirak etmiş silahlı qüvvələrinin Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından çıxardılmasını tələb edir; [ENG]
    • 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnamə: Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyasının yardımı ilə əldə edilmiş atəşkəsə riayət edilməsi və Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin həyata keçirilməsinə çağırış. [ENG]
    • 11 noyabr 1993-cü il 884 saylı Qətnamə: Atəşkəsin bərpasına və işğalçı qüvvələrin Zəngilan rayonu, Horadiz şəhəri və digər işğal olunmuş rayonlardan çıxarılmasına çağırış. [ENG]

 

  • Qafqaz Tədqiqat Resurs Mərkəzləri onlayn məlumatlar bazası: Məlumatlar bazası, QTRM tərəfindən Qafqaz Barometer və digər tədqiqatlarla bağlı toplanan və ictimaiyyətə açıqlanan bütün məlumatları təqdim edir, həmçinin, şəkil və ya Excel formatda yüklənən xüsusi qrafiklər yaratmağa imkan verir.

 


109