This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Gündəlik mətbuatın icmalı

 

Gündəlik mətbuatın icmalı

Azərbaycan mətbuatında işıqlandırılmış əsas xəbərlər

 

Baş Nazir Lettanın Bakı səfəri ilə bağlı İtalyan mətbuatının icmalı. TAP layihəsi.

 

Il Sole 24 ore qəzeti- 11.08.2013
Münasib qiymətə qaz axtarışı məqsədi ilə Lettanın Bakı səfəri

 

La Stampa səfəri – 12.08.2013
Xəzər qazı sayəsində kommunal xərclərimiz azalacaq

 

Corriere della sera – 12.08.2013
Azərbaycan qazının İtaliyaya çıxışı. Baş nazir Bakıda öz uğurunu qeyd edir

Qaz müharibəsində Avropada fikir ayrılığı

 

la Repubblica – 12.08.2013
İtaliyanı Asiyaya yaxınlaşdıran qaz kəməri

 

Şənbə 29 iyun 2013

IL SOLE 24ORE - AVROPA BİRLİYİNİN ƏN BÖYÜK QAZ QOVŞAĞI İTALİYA

Enerji. Azərbaycandan gələn qaz tədarükü üçün lazımi infrastrukturun reallaşması dünən rəsmiləşdirildi, Brüssel yardım etməyə hazırdır. İtaliya AB qazının ən böyük qovşağıdır. Letta: Barrozo strateji əhəmiyyətli qərarla ölkəni mükafatlandırdı, Bakı təhlükəsizliyi gücləndirildi. Müxbirimiz Sissi Bellomo. Brüssel, Azərbaycan qazının Avropaya çatdırılması üçün lazım olan layihələrə, o cümlədən zəruri infrastruktur işlərinə və İtaliyaya gəldikdən sonra tədarüklərin yenidən ixrac edilməsinə maliyyə dəstəyi də daxil olmaqla tam dəstək vəd edir. Bu, Avropa Komissiyasının, Nabucco West-in əvəzinə, dünən Trans Adriatik Boru Kəmərinin (TAP) qələbəsinin rəsmi qeyd olunduğu Bakıya çatdırmaq istədiyi bir mesaj idi. TAP layihəsi Albaniya və Yunanıstandan keçdikdən sonra, İtaliyaya çataraq, iqtisadiyyatımız üçün sərmayə cəlb edən və bizi Avropa enerji sisteminin təməl bir parçasına çevirən hərəkətverici bir qüvvə olduğu yenidən təsdiqlənmişdir. Bu, uzun illərdir reallaşdırmağı hədəflədiyimiz məşhur qaz qovşağıdır.
Qaz kəmərinin təşəbbüskarları və Şahdəniz yatağının işlənmə konsorsiumuna rəhbərlik edən BP-nin fikrincə Monti və Letta hökumətlərinin "müstəsna" bir səylə çalışdıqları TAPin seçimi, Chigi sarayı tərəfindən "böyük məmnuniyyətlə" qarşılandı. "Bizim üçün bu, perspektivi olan böyük bir strateji xəbərdir" deyən, Baş nazir Enrico Letta,"Azərbaycan hökumətinə təşəkkür etmək və bu işin icrası üçün ilk addımları atmaq" məqsədi ilə növbəti dəfə Bakıya səfər edəcəyini bildirmişdir. Bir neçə il əvvəl Nabukkoya dəstək olan Brüsseldən də təqdiredici sözlər gəldi: Komissiya prezidenti Joze Manuel Barrozo üçün dünənki görüş"Avropa üçün ortaq bir uğur və Birliyin enerji təhlükəsizliyini möhkəmləndirmək üçün bir mərhələ oldu." Hətta ABŞ höküməti də məsələyə öz müsbət münasibətini bildirmiş və hətta, Ağ Evin Orta Asiyada enerji strategiyaları üzrə tanınmış tədqiqatçısı, diplomat, hazırda Azərbaycanda səfir olan Richard Mornigstarın layihənin təqdimatında öz çıxışına “Bu gün əla bir gündür!” sözləri ilə başlamışdır. "Lakin bu son deyil, əksinə gələcəkdə Nabukko proyektinin inşa edilməsinə gətirib çıxara biləcək bir prosesin başlanğıcıdır” sözlərini də əlavə etdi". TAP-a əlavə olaraq bir neçə ildən sonra ikinci bir boru kəmərinin çəkilməsinin zəruriliyini vurğulayan Azərbaycanın Enerji Naziri Natiq Əliyev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrell, “gələcəkdə Avropaya daha böyük həcmdə qaz nəql etmək üçün digər əlaqələndiricilərə” də sərmayə qoymağın vacibliyini qeyd etmişdir.

Ancaq yaxın gələcəkdə yalnız Cənub Dəhlizinin "ilkin zəminini" reallığa çevirmək üçün hələ çox iş görülməlidir. İlin sonuna qədər BP və tərəfdaşları Şahdəniz-2 üçün son investisiya qərarını təsdiqləməli və yalnız TAP-ın deyil, eyni zamanda Cənub Dəhlizinin Türkiyə ərazisi boyunca uzanan başqa bir qaz kəməri Tanap-ın da inşasına başlamalıdırlar. Həmçinin Azərbaycanda infrastrukturun yenilənməsinə də ehtiyac duyulur. BP bəyan etmişdir ki, layihə ümumilikdə, "40 milyard dollardan çox" maliyyət tələb edəcək. Lakin Socar rəhbərliyi konfransdan kənarda xərclərin "Əhəmiyyətli dərəcədə çox" olacağını qeyd edərək, konsorsiumun xərcləri mümkün qədər azaltmaq üçün araşdırmaya başladığını söylədilər. Bu səbəbdən Avropa Komissiyasının dəstəyini Cənub Dəhlizinin qollarına da yönəltməsi çox vacibdir. İlin ikinci yarısında TAP-ın orta və şimali Avropa bazarlarına yayılmasına imkan verəcək qaz kəmərləri və əlaqələndiricilərin inşasını özündə cəmləşdirəcək, AB maraqlarına cavab verən layihələrin siyahısı hazırlanacaqdır deyən, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin üzvü Toralf Pilz, enerji komissarı Gunter Ottinger adından çıxış edərək bildirmişdir.

Bu layihələr arasında təbii ki, artıq Snam tərəfindən cənubdan şimala qaz nəqli axınlarının gücləndirilməsi üçün planlaşdırılan italyan şəbəkəsi daxilində görüləcək işlər də yer alacaqdır – deyə Pilz, Sole 24 Ore-yə bildirmişdir. Ölkəmizin qaz qovşağına çevrilmək istəyini reallaşdıraraq ixracata başlaması üçün, bu işlər vacib əhəmiyyətə malikdir. Ən azından kağız üzərində uğur qazanmaq üçün ilkin zəmin əldə olunub. Hökumət Milli Enerji Strategiyasını dəstəklədiyini bəyan edir. Snam 2013-2016-cı illər üçün investisiya planında (6,9 milyard avrodan 6,2-ni İtaliyaya ayıran), İtaliyanın ixrac potensialında əhəmiyyətli bir artıma nail olmaq istədiyini bildirmişdir. Məqsəd 2017-ci ilin əvvəlində ildə 10 milyard kubmetr əlavə güc əldə etməkdir ki, bu da TAP-ın 2019-cu ildən etibarən şəbəkəmizə çatdıracağı qaz həcminə bərabərdir. Aydındır ki, borular yalnız Azərbaycan qazını qəbul etməyəcəkdir: əks axının üçdə ikisi Tarvisioda olacaq, ehtimal ki, bunlar xüsusilə, artıq Rusiya qazını da yenidən ixrac etmək üçün istifadə olunacaqdır.

Digər tərəfdən, Passo Gries İtaliyadan ölkə xaricinə mühüm bir çıxış mərkəzinə çevrilmək üzrədir. Snam, on ilin sonunda yalnız bu marşrutdan 14,6 milyard kubmetr ixrac gücü hədəfləyir. Arxa planda, əlbəttə ki, xüsusən də ölkəmizi maraqlandıran icazələr məsələsi qalır. TAP, hələ ki Leççe əyalətindəki Melendunyo bölgəsinə yanaşmaq üçün yaşıl işıq əldə etməyib. Bundan əlavə, Avropaya qaz axınının ötürülməsi üçün yarımadanın cənubdan şimala doğru uzanan onurğa sütunu sayılan kəmərin yeni borularla, ikiqat şəkildə artırılması lazım gələcəkdir. Bu infrastruktur illərdir tədqiq olunur, lakin xüsusilə də, Abrutso bölgəsinin müqaviməti üzündən fəaliyyətsiz qalıb.
Layihəyə yaxın mənbələr TAP-ın çəkilməsi üçün alternativin olduğunu əminliklə bildirirlər. Salento sahilinə çatmaq mümkün olmazsa, boru kəməri Brindiziyə yönləndirilə bilər. Bakıda TAP layihəsinin icraedici direktoru Kjetil Tunqand bunu təsdiqləməsə də, əmin görünür. "Qaz kəmərinin heç vaxt İtaliyaya çata bilməyəcəyi fərziyyəsi heç düşünülməmişdir" dedi. Eynilə, qazın digər istiqamətlərə davam etməməsindən narahat olmaq lazım deyil. Norveçli menecer bildirir ki, “hələ seçilməmişdən öncə, Snam son müştərilərinə nəqliyyat tutumu təklif etmək üçün bizimlə qeyri-rəsmi də olsa artıq anlaşmışdır. Yəni əgər mövcud olan şərait kifayət etməzsə, yenisi yaradılacaq. TAP hələ Albaniya və Yunanıstanda lazım olan bütün icazə sənədlərinə sahib deyil. Ancaq onları əldə etmək üçün çox vaxtımız var”. “İtaliyaya gələn qaz üçün 5-dən çox Avropa ölkəsindən müştəri sifarişimiz var, deyə BP-nin vitse-prezidenti Al Kook əlavə edir. Qazı İtaliyadan kənara daşımaq məqsədinə nail olmağa onlar kömək edəcəklər.

 

L’UNITA’- Milan. İtaliyadan keçən Azərbaycan qazı Avropada

İşsizliyə qarşı mübarizə üçün ölkəyə üç qat vəsait gətirdiyi gün, Brüsseldə Baş nazir Enriko Letta iqtisadiyyatımız üçün daha bir əhəmiyyətli uğur da qazanmışdır. Konkret olaraq enerji sahəsində, Trans-Adriatik Boru Kəməri (TAP), Azərbaycan qazını Xəzərdən Avropaya gətirərək Cənub Dəhlizi adlanan bir yol açılacaqdır. İldə 16 milyard kubmetr qaz istismar lisenziyasına sahib olan Şahdəniz konsorsiumu Azərbaycandan Türkiyəyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya qaz nəql etməyi seçmişdir. Letta deyir: "Bu, bizim üçün perspektiv baxımından əla strateji xəbərdir".
İnkişaf naziri Flavio Zanonato əlavə edir: “Bu, tədarükün şaxələndirilməsi strategiyasının zirvəsidir. Bütövlükdə Avropa üçün müsbət bir nəticə olaraq, yeni müstəqil tədarükçülərdən qazın gəlməsi, Avropa tələbatının ödənilməsinə kömək edəcəkdir ”.
AB Komissiyasına açıqlama verən Brüssel icraçı direktoru José Manuel Barrozo oldu: "Birliyin enerji təhlükəsizliyi üçün bu, vacib bir mərhələdir". Əslində Komissiya 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevlə ortaq bir strateji bəyannamə imzalamışdı. Rəsmi qeyd prosesi belə izah edir: TAP layihəsi Şahdəniz-2 yatağından Avropaya təbii qaz nəqli üçün seçilmişdir. "Boru kəməri Cənubi İtaliya quru ərazisinə çatmaq üçün Yunanıstan, Albaniya və Adriatik dənizini keçəcək". TAP "Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Xorvatiya da daxil olmaqla cənub-şərqi Avropadakı müxtəlif ölkələrə qaz tədarükünü asanlaşdıra bilər" və TAP-ın İtaliyaya keçməsi “üçüncü Avropa qaz bazarı olaraq, Xəzərdən Almaniya, Fransa, İngiltərə, İsveçrə və Fransa kimi bəzi böyük Avropa bazarlarına qaz nəql etmək üçün müxtəlif imkanlar yaradır”. Ardından "tutumu ildə 10-20 milyard kubmetrə qədər artırmaq üçün nəzərdə tutulmuş TAP, yeni qaz mənbəyi ilə Avropa enerji təhlükəsizliyini artıraraq, Cənub Qaz Dəhlizini açacaq". TAP-ın səhmdarlarını İsveçrə Axpo (% 42,5), Norveç Statoil (% 42,5) və E.ON (% 15) təşkil edir. Konsorsium üzvləri olan Şahdəniz Bp, Socar və Total şirkətləri də layihəyə qoşulmaq seçiminə malikdirlər.

«Bu, strateji bir gerçəklikdir, deyə Letta layihənin təkcə mövcud qaz kəmərləri ilə əlaqəli olmadığını bir daha təsdiqləyir. Bizim üçün dünyanın inkişafda olan bölgələrindən biri olan Qafqaz bölgəsindəki bu proyekt vacib bir həqiqətdir, çünki digər istiqamətlər İtaliya üçün daha az əhəmiyyət kəsb etmiş olardı ”. Üstəlik "Rumıniya prezidenti ilə gərgin məqamlar yaşanmışdır". "Artıq İtaliyanın sənaye sisteminə güclü təsir göstərən, əhəmiyyətli və bir çox ölkələrin şirkətlərini cəlb edəcək infrastruktur zamanıdır”, deyə Letta əlavə edir.

 

IL SOLE 24ORE

Kiçik və orta sahibkarların xərcləri azaltmaq üçün əla bir fürsət - Davide Tabarelli

Azərbaycan qazının TAP ilə İtaliyaya ixracı qərarı, hər zaman Şərq ilə Avropa arasında köprü rolunu oynayan İtaliya üçün əla xəbərdir. Boru kəməri, Avropa üçün qaz qovşağı yaratmaq üçün, Milli Enerji Strategiyasında da rəsmi olaraq göstərilən məqsədi daha da konkretləşdirir. İtaliyadakı qaz, şirkətlərə kub metri 4 sentə başa gəlir, bu da şist inqilabı qiymətləri aşağı saldıqdan sonra, ABŞ-dakı qiymətin təxminən üç qatına bərabərdir. İtaliyaya idxal olunan qaz, Avropada yeganə hal olaraq, elektrik enerjisi istehsalı üçün istifadə olunur. Qazın qiyməti, dünən gecə Enerji İdarəsinin təsdiqlədiyi kimi, düşmək əvəzinə 1.4% artmışdır.

Bərpa olunan enerjilərdən əlavə, səbəblər arasında idxal olunan qazın yüksək qiymətlərini də göstərmək olar. İtaliyada elektrik enerjisi birjasında qiymətlər bir meqavat / saat üçün 60 avro səviyyəsindədir, bu da daha çox kömürün istifadə olunduğu Almaniyadakı göstəricilərdən iki dəfə çoxdur.

Önümüzdəki bir neçə ildə elektrik enerjisinin qiymətlərini endirmək üçün yeganə ümidimiz qaz tədarükünü artıraraq qiymətlərin düşməsinə nail olmaqdır.

Bütün bunlarla bərabər, TAP əngəllərlə üzləşən bir layihə olaraq qalır. Kiçik həcm, yəni ildə 10 milyard kubmetr qazın nəqli əhəmiyyətli dəyişiklik yaratmır. İtaliyada tələbat azaldığı üçün alıcı çatışmazlığı var; üstəlik, boruların çəkilməsinə qarşı "yox" deyən çoxsaylı birliklər ortaya çıxmışdır. Nəticədən məmnun olmaq nikbin olmaq demək deyil . Belə ki yerli istehsalatı unutmamalıyıq, çünki hələ qaz ehtiyatımız çoxdur və həmçinin ənənəvi təchizatçılarımızla daha sərfəli qiymətlər və əlavə qaz təchizatı barədə danışıqlar apara bilərik.

 

Cümə, 28 iyun 2013

Nazir Bonino, TAP layihəsi seçimi xəbərini böyük məmnuniyyətlə qarşıladı

Nazir Bonino, böyük həcmdə Azərbaycan qazının Xəzər dənizindən Avropaya nəqlini nəzərdə tutan Cənub Dəhlizinin Avropa hissəsinin tikintisi üçün Trans-Adriatik Boru Kəməri (TAP) qaz kəməri layihəsi seçim xəbərini böyük məmnuniyyətlə qarşıladı. Albaniya tərəfindən 23 mayda Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina ilə imzalanan Anlaşma Memorandumu, Adriatik-İon qaz kəməri layihəsi ilə qarşılıqlı əlaqəyə yol açır. Layihə bütövlükdə, Balkan bölgəsi ölkələrinin enerji təchizatı təhlükəsizliyi üçün bölgənin inkişaf perspektivlərinə əhəmiyyətli qatqı təmin edən mühüm bir aparıcı qüvvəni təmsil edir.
"Bu, enerji təhlükəsizliyi və Avropanın rəqabət qabiliyyəti naminə, Cənub Dəhlizinin açılması istiqamətində konkret bir addım və İtaliyanın artıq birinci ticarət tərəfdaşı olan Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsində yeni bir mərhələdir" deyərək Nazir Bonino əlavə etmişdir. “Şübhəsiz ki bu layihə, İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə -diplomatik və konsulluq şəbəkəsinin iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə, mövcud potensialdan istifadə edərək sahibkarlıq sisteminə yönəlik "inkişaf diplomatiyası "nın bir uğurdur".

Nazir, "bu gün obyektiv texniki və ticari etibarlılığı təsdiqlənmiş layihəyə dəstək olaraq son aylarda həyata keçirdiyi təsirli, davamlı və əlaqəli fəaliyyətinə görə" Xarici İşlər nazirinin müavini Marta Dassoya təşəkkür edib.

Avropa Birliyi tərəfindən "ümumi maraqlar" olaraq qəbul edilən TAP layihəsi, təxminən 117 km-i sualtı olmaqla, ilkin gücü ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırıla bilən, təxminən 800 km uzunluğunda bir qaz kəmərinin inşasını nəzərdə tutur. Qaz, Xəzərdən Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya gələcək və İtaliyanın enerji xərclərini nəzərəçarpacaq dərəcədə azaldaraq, ölkəmizi Avropanın qaz qovşağına çevirəcək.

 

COMUNICATO STAMPA DELLA COMMISSIONE EUROPEA
EU Commission welcomes decision on gas pipeline: Door opener for direct link to Caspian Sea

The European Commission welcomed today's final selection of the pipeline delivering Azeri gas to Europe. The Consortium of the Shah Deniz II gas field, who holds the license for exploiting the 16 bcm/year gas reserves, has chosen the Trans-Adriatic Pipeline (TAP) to bring the gas from the Turkish border via Greece and Albania to Italy. With the new pipeline TANAP being built in Turkey, a new gas infrastructure will directly link the Caspian Sea to Europe.
EU Commission President José Manuel Barroso said: "I welcome today's decision by the Shah Deniz II Consortium selecting the Trans-Adriatic Pipeline (TAP) as the European route of the Southern Gas Corridor. This is a shared success for Europe and a milestone in strengthening the energy security of our Union. I am confident that today's decision, which builds on the strategic Joint Declaration I signed with President Aliyev of Azerbaijan in January 2011, will provide further momentum to the full and rapid realization of the entire Southern Gas Corridor as a direct and dedicated link from the Caspian Sea to the European Union, which should be expanded over time."

EU Energy Commissioner Günther H. Oettinger said: "We have a definite commitment from Azerbaijan that gas will be directly delivered to Europe through a new dedicated gas pipeline system. Whether the system consists of two gas pipelines - TANAP and TAP - or one single pipeline as earlier projects had foreseen - does not make any difference in terms of energy security. We now have a new partner for gas, and I am confident that we will receive more gas in the future." Since the gas crisis in 2009, the European Union has looked to diversify its gas supply. One of the strategies was to open the "Southern Gas Corridor" in order to directly and physically link the EU gas market to the largest deposits of gas in the world in the Caspian Sea basin and the Middle East. In principle, gas from the Caspian Sea could be delivered to the EU both to Baumgarten/Vienna (Nabucco West) or to Italy (TAP). Independently of the concrete route, the European Commission has always underlined that either transport option needed to further allow the supply of Caspian gas to other parts of Europe. The EU had also urged for the construction of a new pipeline outside the EU, which would be scalable so as to allow for future additional gas volumes, as well as a clear and transparent legal framework for the transport of the gas to Europe.

The opening of the Southern Corridor along with the ongoing work promoted by the EU on building the missing interconnectors in the EU will allow for the Caspian gas to eventually reach several countries in Europe, in particular in Southeast Europe. The EU continues to hold negotiations with potential gas suppliers in the bigger region in view of additional gas volumes. The International Energy Agency forecasts that EU gas demand will increase from currently 526 billion cubic meters to 622 billion cubic meters by 2030. In the same vein, the EU's Energy Roadmap 2050 forecasts that gas imports will raise, notably due to a decline of home production. This additional demand should be covered by new, additional gas suppliers.

 

Giorno/Resto/Nazione

Bakıdan Pulyaya yol alan qaz kəməri enerji qapısına çevrilir

Azərbaycanın irimiqyaslı Şahdəniz yatağından hasil edilən metan qazı, Trans Adriatik boru kəməri ilə İtaliyadan keçərək Avropaya çatacaq. Tranzit olaraq Avstriyadan keçməsi nəzərdə tutulan Nabucco Ovest layihəsi uğursuz oldu. Avropa Birliyinin Rusiyadan asılılığı azaltmaq üçün alternativ yollar axtarma iradəsini əks etdirən TAP qaz kəməri, hər il 10 milyard kubmetr (20 milyard kubmetrə qədər artırıla bilən) qazı Türkiyə, Yunanıstan, Albaniyadan, daha sonra isə Adriatik dənizindən keçməklə 870 kilometr yol qət edərək Pulyaya, Cənubi İtaliyaya daşıyacaq. Kəmər İtaliyanın cənubunda, San Foka yaxınlığında yerləşən Melendunyo bələdiyyəsi ərazisində sahilə çıxır. Bu, İtaliyanı Avropa üçün ticari qaz mərkəzinə çevirmək hədəfinə doğru atılan önəmli bir addımdır. Belə ki dünən bu xəbər Snam Rete Gasın səhmlərinə dərhal 2 % artımla təsir etmişdir. Pulyaya çatdıqdan sonra isə, Xəzər təbii qazı digər Avropa bazarlarına nəql edilə biləcək.

British Petroleumun Azərbaycan, Gürcüstan və Türkiyə üzrə rəhbəri Gordon Birrell "Azərbaycandan Avropaya qaz, Trans Adriatik Boru Kəməri ilə ixrac ediləcək" dedi. BP, Norveçin Statoil, Fransanın Total və Azərbaycanın Socar şirkətləri ilə birlikdə dünyanın ən böyük yataqlarından biri olan Xəzər dənizindəki Şahdəniz-2 yatağının istismarı konsorsiumuna rəhbərlik edir. Seçim üzrə məsuliyyət, qərarını dünən bildirən konsorsiumun üzərinə düşür. Boru kəmərinin icraedici direktoru Kjetil Tungland "Seçimdən çox məmnunam" dedi. TAP, alman EON şirkətinin də iştirakı ilə İsveçrə Axpo və Norveçin Statoil şirkətlərinin layihəsidir. Bununla yanaşı daha uğurlu olması üçün Enel şirkəti də layihəyə qoşulmağa hazır olduğunu bildirmişdir. İtaliyada qaz bazarının daha da genişlənməsi və bürokratik prosedurların sadələşdirilməsi layihənin uğur qazanmasına töhfə verə bilər. Yarımadanın coğrafi mövqeyini nəzərə alsaq, Avropa qaz emalı qovşağı rolu bizə tamamilə uyğundur. Lakin bu öhdəliyi qəbul edə bilmək üçün yeni infrastrukturlara, xüsusən də qazifikatorlara ehtiyac var ki, bu da qiymətlərin daha aşağı olduğu mayeləşdirilmiş təbii qaz bazarına daxil olmağa imkan verəcəkdir.

Zamana qarşı mübarizə İNDİ BAŞLAYIR. Əslində Rusiya da eyni marşrut üzərində yerləşir. Vladimir Putin artıq Azərbaycan qazının Moskvanın yurisdiksiyasından keçmədən Avropaya nəqlinə qarşı olduğunu dəfələrlə dilə gətirib. İndi də Qazprom öz rəqiblərini vaxt baxımından məğlub etmək niyyətindədir. Qazpromun Eni, Edf və BASF ilə birlikdə hazırladığı dəniz boru kəməri olan Cənub Axınının inşasına dekabr ayında başlayıb, ilk qazın daşınmasını 2015-ci ildə planlaşdırır. Cənub axını Türkiyə ərazisindən keçmədən, Qara dənizdən 900 kilometr qət etməklə, qazı, birbaşa Rusiyadan Bolqarıstanın Varna şəhərinə çatdıracaq. Nəhəng bir layihə olsa da, Qazpromun prezidenti Alexei Miller bu işə böyük etimad göstərir. Miller Türkiyədə həyat keçirilən əməliyyatlara, xüsusən Azərbaycanla imzalanan və 7 milyard dollara başa gələcək Azərbaycan qaz nəqlinin Türkiyə qolu, Trans Anadolu Boru Kəmərinin inşasına dair müqavilələrə dəfələrlə mane olmağa çalışmışdır.

 

Cümə, 19 Aprel 2013

Xarici siyasət

E.Məmmədyarovun İsrail səfəri.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov aprelin 21-dən 23-dək İsrail və Fələstinə ilk dəfə rəsmi səfər edəcək. Səfər çərçivəsində Məmmədyarov İsrail Müdafiə Naziri Moşe Yaalon, Knesser Başçısı, Müdafiə Komitəsinin Başçısı Aviqdor Liberman, Prezident Şimon Peres və Xarici İşlər nazirinin müavini Zeev Elkin ilə görüşəcək. Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında Azərbaycan hökumətinin İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı hələ heç bir qərar vermədiyini söylədi. "

http://en.apa.az/news_azerbaijani_foreign_minister_to_pay_offi_191353.html

 

Saakaşvili gələn ay Bakıya gələcək.

Gürcüstan Prezidenti Mixail Saakaşvili 6-8 may tarixlərində Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

http://en.apa.az/news_saakashvili_to_visit_baku_next_month_191354.html

 

Suriya

Azərbaycan Xarici İşlər Nazirliyi, ölkə ərazisindən Suriyaya silah və pul keçirilməsi fərziyyəsini təkzib etdi.

http://en.apa.az/news_azerbaijani_foreign_ministry_refutes_rep_191442.html

 

Daxili Siyasət

Yeni Təhsil nazirinin təyin edilməsi.

Prezident İlham Əliyev Mikayıl Cabbarovu Misir Mərdanovun yerinə yeni Təhsil Naziri təyin etdi. Mikayıl Cabbarov əvvəllər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

İqtisadiyyat və Enerji

TAP layihəsi

Makedoniya Trans-Adriatik qaz kəmərinin (TAP) inşasında maraqlı olduğunu bildirmişdir. Makedoniyanın Baş naziri Nikola Gruevski, Makedoniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanlara malik olduğunu bəyan etmişdir. Belə ki, Azərbaycan Avropaya qaz nəqli üçün marşrutları dəyərləndirir və bu seçimlər arasında Makedoniya sərhədi yaxınlığından keçən bir marşrut da yer almışdır.

9,7 milyon dollar dəyərində elektrik enerjisi ixracatı.

 


144