İtalyan şirkətlərinin beynəlmiləlləşdirilməsini dəstəkləyən təlimatlar
TƏLİMATLAR
İtalyan şirkətləri beynəlmiləlləşməni dəstəkləmək üçün geniş şəkildə bir sıra dövlət fondlarından faydalana bilərlər.
İstehsalat Nazirliyi bu sahədə çalışan italyan şirkətlərinə beynəlmiləlləşmə layihələrinə dəstək məqsədilə, bu barədə çevik məlumat bazasına əsaslanan təlimat hazırlamışdır. Beynəlmiləlləşmə mərhələsində şirkətin dəstəklənməsinə yönəlmiş "ənənəvi" alətlərə əsasən, "kommersiyalaşdırma" adı altında məhsulların xarici bazarlara ixrac axınlarının artırılması ilə xarakterizə olunur. Bundan başqa, təlimatda göstərilən yeni sadələşdirilmiş üsullar, şirkətin müxtəlif bazarlarda rəqabətə davamlılığına və “çoxşaxəli” fəaliyyətinə təminat verən "məhsuldar" beynəlmiləlləşməyə, yəni bütün mərhələlərin və ya istehsal zəncirlərinin xaricə köçürülməsini dəstəkləməyə imkan verir.
Müəssisə kapital fondları, ölkəmizin inkişafı üçün son dərəcə strateji əhəmiyyət daşıyan coğrafi ərazilərdə italyan şirkətlərinin investisiyalarını dəstəkləməyi hədəfləyir. Bu dövri xüsusiyyət, maliyyələşdirmə mexanizminin işə salınmasına imkan verir ki, bu da ayrılmış maliyyə mənbələrinin davamlı mövcudluğunu təmin edir.
Burada ətraflı təhlilin əvəzinə aydın və anlaşıqlı izahata üstünlük verilmişdir. Bu məqsədlə, subsidiyalaın təsviri nəzərdə tutulan müdaxilə növlərini, əsas normativ istinadları, mövcud mənbələri, imtiyazların alınması üçün lazım olan prosedur və müddəti qısaca əks etdirən sxemlər şəklində təşkil edilmişdir.