Tibb müəssisələri
Dövlət səhiyyə müəssisələri əksər hallarda müasir dərman və avadanlıqlarla tam təmin edilmir və baxımsızlıqdan əziyyət çəkir. Bununla yanaşı, bəzi istisnalar da var, yəni mütəxəssis müayinələri, hava yolu ilə repatriasiya təşkili də daxil olmaqla, ümumi və təcili ambulator müdaxilələrin həyata keçirilməsini təklif edən daha etibarlı strukturlar da mövcuddur. Əsas tibb müəssisələrindən bəziləri aşağıdakılardır:
Dövlət Tibb Müəssisələri
1. Bakı Mərkəzi Klinik Xəstəxanası(MKX)
Parlament pros. 76,
Tel. 012 921092
Vebsayt: www.mkx.mednet.az
2. SOCAR (Dövlət Neft Şirkəti)- Neftçilər Xəstəxanası
3. Leyla Şıxlinskaya klinikası (ginekologiya-doğum şöbəsi)
Yusif Səfərof küç. 19
tel:(012) 4901858; (012) 4902131
Veb sayt: www.lsh-clinic.com
Özəl Müəssisələr
1. International SOS
Rəşid Behbudov prosp., 30
9.00-18.00, Bazar ertəsi-Cümə
Tel. (012) 493 4089
Şənbə 9.00-13.00
Tel. (012) 493 7354
Veb sayt: www.internationalsos.com
2. MEDI CLUB
Üzeyir Hacıbəyov küç. 45
Tel. (012) 497 0911
Veb sayt: www.mediclub.az
Vaksinasiya
Azərbaycanda yaşamaq üçün xüsusi bir peyvənd tələb olunmur, lakin hər ehtimala qarşı difteriya, tetanus, poliomielit və hepatit A və B, həmçinin meningit və vərəm əleyhinə vurulmuş peyvəndlərin vaxtaşırı vurulması məsləhətdir. Bakıdakı xarici məktəblər qeydiyyat zaman bütün bu peyvəndlərin və onların yenilənməsi haqqında arayış tələb edir. Hər hansı bir risk və peyvənd barədə daha çox məlumat üçün www.viaggiaresicuri.mae.aci.it veb saytına və ya Xarici İşlər Nazirliyinin Çağrı mərkəzinə bu nömrə ilə müraciət edə bilərsiniz: 06-4911 15 (8.00-dan 20.00-dək).
Quş qripi. 2006-cı ilin əvvəlində H5N1 virusuna yoluxma səbəbiylə beş ölüm halının qeydə alınmasından sonra, hökümət rəsmiləri, yoluxma riskini qiymətləndirməyə imkan verən ətraflı məlumat verməsələr də, bu riskin aşağı olduğu aydın görünür. Ölkə daxilindəki baytarlıq müəssisələrinin qənaətbəxş olmamasını nəzərə alaraq, xüsusilə köçəri quşlar vasitəsilə virusun yayıldığı bölgələrdə hələ də çox diqqətli olmaq lazımdır.