Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Comites e cgie normati̇vlər

Xaricdəki İTALİYANLARIN ÜMUMİ ŞURASINA SEÇKİLƏR (C.G.I.E)

6 Noyabr 1989 -cu il tarixli 368 saylı qanunla (18 iyun 1998-ci il tarixli 198 saylı Qanunla dəyişdirilmişdir) təsis edilmiş və Prezidentin 14 sentyabr 1998 – cil tarixli 329 saylı fərmanı ilə tənzimlənən C.G.I.E., xaricdəki italyanların maraqlarını əks etdirən mövzularda hökümət yanında məsləhətçi qurum kimi fəaliyyət göstərir. Bu,dünyadakı italyan icmalarının ölkənin siyasi həyatında fəal “iştirakını” təmin edən inkişaf prosesinin ilk addımını təşkil edir və onların İtaliya ilə daimi əlaqələri üçün vacib qurumdur.

Xaricdəki italyanların Baş Şurası Plenar iclas, Kontinental Komissiyalar və Tematik Komissiyalar səviyyəsində toplanır. Şura, 65-i yerli seçki orqanları vasitəsi ilə hər beş ildən bir xaricdəki italyanlar tərəfindən seçilən 94 üzvdən ibarətdir(son seçkilər Xarici İşlər nazirinin 4 May 2004 – il tarixli qərarı ilə müəyyən edilmiş coğrafi bölgüyə əsaslanaraq, 2004-cü ilin iyununda keçirilib). Milli mühacirət birliklərinin, parlament təmsilçiliyi olan partiyaların, həmkarlar ittifaqı təşkilatlarının və ən çox təmsil olunan himyaəçilərin təklifinə əsasən, Nazirlər Kabineti sədrinin qərarı ilə 29 nəfər seçilən namizədlərin siyahısına əlavə olunur.

CGIE-nin sədri Xarici İşlər naziri olmaqla, baş katib (Plenar Məclisi və Prezident Komitəsini çağıran, işi istiqamətləndirən və alınan qərarları icra edən), üç coğrafi bölgə (Avropa və Şimali Afrika; Latın Amerikası İngilis Dilli Ekstra Avropa Ölkələri) və üzvləri hökumət tərəfindən təyin olunmuş qrup üzrə baş katibin dörd müavini və ildə ən azı 6 dəfə toplanan, sədrin baçşılıq etdiyi komissiya üzvlərinin (ümumilikdə 17 üzvdən ibarətdir) vəzifələri seçki yolu ilə tənzimlənir.

İki illik plenar iclasda məşvərətçi qurum olan CGIE, xaricdəki İtalyan icmalarının problemlərini araşdırır, ölkənin və ya bölgələrin qanunvericilik və ya inzibati təşəbbüsləri, xaricdəki italyan icmalarına dair beynəlxalq müqavilələr və icma qaydaları ilə bağlı rəy, təklif və tövsiyələr hazırlayır. Xüsusilə, CGIE aşağıdakı məsələlərə dair hökumətin təlimatları barədə konkret rəylər formalaşdırır. Xaricdəki icmalara dövlətin maliyyə dəstəyiı; məktəb siyasəti, peşə təhsili, sosial müdafiə və əhalinin rifahı üçün çoxillik proqramlar; yerli dərnəklər, xeyriyyəçi təşkilatlar, peşə təhsili orqanların, mətbuat və media orqanlarına maliyyə dəstəyinin verilmə meyarları; xaricdəki icmalar üçün radio və televiziya proqramları; konsulluq, məktəb və sosial xidmətlərə dair islahatlar.

XARİCDƏKİ İTALYAN İCMALARI (COM.IT.ES.)

205/1985 saylı qanuna əsasən yaradılan Com.It.Es, hər konsulluq bölgəsində ən azı 3000 vətəndaşın yaşadığı, xaricdə yaşayan italyanlar tərəfindən birbaşa seçilən icmamızın təmsiledici qurumlarıdır; əslində, 3000-dən az italyan vətəndaşının yaşadığı ərazilərdəki belə komitələr diplomatik-konsulluq orqanı tərəfindən təyin edilə bilər.

Kom.it.Es. haqqında qanunvericilik 26 oktyabr 2003-cü il tarixli 286 saylı qanun və 29 dekabr 2003 tarixli 395 saylı (İcra Qaydaları) D.P.R. tərəfindən əsaslı şəkildə dəyişdirilmişdir. Çoxsaylı yeniliklər arasında ilk növbədə Komitələrin seçkilərində yazışmalar yolu ilə səsvermənin tətbiqi qeyd edilməlidir. Bunun üçün qanun 27 dekabr 2001- il tarixli 459 saylı qərarla nəzərdə tutulmuş qaydalara istinad edir. Bu səbəbdən seçki bazası, yerli parlament nümayəndələrinin seçilməsi üçün nəzərdə tutulanla eynidir.

Com.It.Es. 100.000-dən az və ya daha çox vətəndaşın yaşadığı konsulluq ərazilərindən seçildiklərinə görə, üzvləri 12 və ya 18 nəfərdən ibarət ola bilər. Onların adı yerli parlamentə seçkiləri üçün tərtib olunan yenilənmiş seçici siyahısından götürülmüşdür. Bir dəfə seçilən Komitə, sonradan italyan mənşəli xarici vətəndaşların 4 və ya 6 üzvünün seçiminə qərar verə bilər.

Bu yenilik 286/2003 saylı qanunun 1-ci maddəsinin 2-ci bəndinə əsasən, ilk dəfə Com.It.Es.-i “Diplomatik-konsulluq nümayəndəlikləri ilə münasibətlərdə xaricdəki italyanların təmsilçi nümayəndəliyi” kimi müəyyənləşdirmişdir. Bu şəkildə onların həm təmsil etdikləri icmalar, həm də konsulluq orqanları əlaqələri dəyərləndirilir. Yeni qanun əslində, konsulluq orqanları ilə Komitələr arasında “müntəzəm məlumat müadiləsi” əsasında qurulan əməkdaşlıq əlaqələrindən xəbər verir.

Com.It.Es-in fəaliyyətinə gəldikdə isə qurum, araşdırma və tədqiqat yolu ilə müvafiq icmanın sosial, mədəni və sivil inkişaf ehtiyaclarını müəyyənləşdirir. Xüsusi diqqət yetirilən sahələrə gənclərin fəallığı, gender bərabərliyi, sosial və təhsil müavinətləri, peşə hazırlığı, əyləncə, idman və asudə vaxtın səmərəli istifadəsi aiddir.

Komitələr, konsulluq ərazisində yaşayan italyan vətəndaşlarının hüquq və mənafelərinin qorunmasında konsulluq orqanı ilə əməkdaşlıq etməyə dəvət olunur. 2004-cü il Mart seçkilərindən sonra bu gün 38 ölkədə 126 Com.It.Es fəaliyyət göstərir. Bunlardan 69-u Avropada, 23-ü Latın Amerikasında, 4-ü Mərkəzi Amerikada, 16-sı Şimali Amerikada, 7-si Asiyada və 7-si isə Afrikada fəaliyyət göstərir.