Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

Təsdiq sənədi

TƏSDİQ SƏNƏDİ

Əcnəbilər və xaricdə yaşayan italyanlar, konsulluğa lazımi sənədlərlə birlikdə ərizə forması təqdim edərək, İtaliyadakı universitetlərə müraciət edə bilərlər. Bu sənədlər, xaricdə əldə olunan təhsil haqqında sənədin qiymətləndirilməsinə əsasən səlahiyyətli italyan qurumları tərəfindən təsdiqlənməlidir. Konsulluğun tələbə şöbəsi, Təsdiq sənədinin verilməsi üçün, orta ixtias haqqında alınan sənədin universitetə qəbul üçün uyğunluğunu yoxlamalı və təsdiqləməlidir.

“Dichiarazione di Valore” – DOV sənədini əldə etmək üçün lazım olan sənədlərin siyahısı

-Yerli orta məktəb sənədi (Attestat)
A. Sənədin əsli Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən apostillə rəsmiləşdirilməlidir;
B. Sənəd italyan dilinə (ingilis dilinə deyil) tərcümə edilməli və Ədliyyə Nazirliyi tərəfindən apostillə rəsmiləşdirilməlidir.

-Yerli universitet diplomu və transkript
A. Sənədlərin əsli Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən apostillə rəsmiləşdirilməlidir;
B. Sənədlər italyan dilinə (ingilis dilinə deyil) tərcümə edilməli və Ədliyyə Nazirliyi tərəfindən apostillə rəsmiləşdirilməlidir.

*Yuxarıda göstərilən bütün sənədlərdən əlavə bir nüsxə gətirilməlidir.

Pasportun surəti, viza və şəxsiyyət vəsiqəsinin surəti

“Universitaly”-portalından qeydiyyat sənədi

“Dichiarazione di Valore” (DOV) sənədinə alternativ olaraq, Universitetlər tərəfindən icazə verildiyi təqdirdə, tələbələr CIMEA veb-saytı (Təhsil, Universitet və Tədqiqat Nazirliyi tərəfindən idarə olunur) vasitəsilə ekvivalent bəyannaməni əldə edə bilərlər. Səfirlik CIMEA vasitəsilə olan prosedura görə məsuliyyət daşımır.