This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Diplomların tanınması

 

Diplomların tanınması

TƏHSİL HAQQINDA SƏNƏDLƏRİN TANINMASI

Xaricdə əldə olunan təhsil haqqında sənədlər İtaliyada avtomatik olaraq tanınmır. Xaricdə əldə edilən təhsil haqqında sənədin (rəsmi olaraq tanınmış təhsil müəssisələrində əldə edilmiş) İtalyadakı müvafiq təhsil sənədlərinə uyğunluğunun ("ekvivalentliyi") tanınması ilə maraqlanan qeyri-italyan vətəndaşlar, Konsulluğun tələbə şöbəsi vasitəsilə öz ərizələrini təqdim edə bilərlər. Əksinə, İtalyan vətəndaşları ilk növbədə Konsulluğun tələbə şöbəsindən "Təsdiq sənədi"nin verilməsini tələb etdikdən sonra, birbaşa italyan Təhsil şöbəsinə müraciət etməlidirlər.

Xaricdə əldə edilmiş və İtaliyada müvafiq təhsil dərəcəsinə uyğunluğu təsdiqlənən orta təhsil haqqında sənədlər (orta məktəbin üçüncü ili, səkkizinci sinif, orta və ali məktəb diplomu) İtaliyada hüquqi çəkiyə malikdir. Bu həmçinin, italyan vətəndaşı olan şəxsin, İtaliya dövlət idarəsi tərəfindən elan edilmiş müsabiqələrdə iştirakına imkan verir.

Təsdiq sənədi və təhsil haqqında sənədin tanınması üçün Konsulluğa təqdim edilməli olan sənədlər:

- məktəb və ya universitet müəssisəsinin möhürü və ya ştampı olan, məsul şəxs tərəfindən aydın şəkildə imzalanmış, orijinal və ya müvafiq qaydada rəsmiləşdirilmiş diplom və yaxud sertifikat;

- sənədin, dəqiq və orijinal mətnə ​​uyğun olaraq italyan dilinə tərcüməsi. Tərcümə müraciət edən şəxs və ya tərcüməçi tərəfindən həyata keçirilə bilər; Konsulluq ərizəçinin təqdim etdiyi tərcümələrin təsdiqini özündə saxlaya bilər.


54