This site uses cookies to provide a better experience. Continuing navigation accept the use of cookies by us OK

Azərbaycanda səyahət

 

Azərbaycanda səyahət

Azərbaycana getmək istəyənlər üçün faydalı məlumatlar

Azərbaycana səyahət etmək istəyən şəxslər ölkəyə giriş, təhlükəsizlik və sağlamlıq şərtləri, valyuta və gömrük rəsmiləşdirmələri barədə ümumi məlumat üçün Xarici İşlər Nazirliyinin təqdim etdiyi “Viaggiare sicuri”("Təhlükəsiz Səyahət") veb saytını ziyarət etməyə dəvət olunur.

“Viaggiare sicuri” saytının linki: http://www.viaggiaresicuri.it/?azerbaijan

 

Azərbaycana iş və ya turizmlə bağlı səyahət planlaşdıran italyan vətəndaşları, ölkədə olduqları barədə məlumatı Xarici İşlər Nazirliyinin hazırladığı “Dove siamo nel mondo” (“Dünyada hardayıq”) veb saytında bəyan etməyə dəvət olunur.

“Dove siamo nel mondo” saytının linki: www.dovesiamonelmondo.it

 

"Necə və Harada" Bakı bələdçisinə müraciət etmək tövsiyə olunur (yükləmə linki bu səhifənin sağındadır)

 

AZƏRBAYCAN ÜÇÜN VİZA MÜRACİƏTİ

Ölkəyə giriş viza ilə tənzimlənir. Bu səbəbdən hava limanında və ya quru sərhəd keçid məntəqələrində viza əldə etmək mümkün deyil.

Tək giriş vizaları üç gündən üç aya kimi, çox girişli vizalar isə bir illik müddətdə qüvvədə ola bilər. Viza verildiyi tarixdən bir ay ərzində istifadə olunmalıdır.

Əlavə məlumat üçün həmvətənlər Azərbaycanın Romadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Azərbaycanın Romadakı Səfirliyi

Ünvan: Regina Margherita prospekti 1; 2-ci mərtəbə; 00198 Roma

Tel. 0685305557/ 0685357989

Email: rome@mission.mfa.gov.az;

Veb sayt: www.azembassy.it

Romada Azərbaycanın konsulu, Cənab Bəxtiyar Məmmədov

 

VİZA ŞÖBƏSİ

tel: 0039- 068554300

email: rome_consul@mfa.gov.az

 

Giriş və ölkədə yaşayış qaydaları və yaşayış icazəsi

Azərbaycana 30 günlük müddətdən artıq qalmaq üçün daxil olan həmvətənlərin qeydiyyatı (məsələn iş / biznes üçün) sadələşdirilmişdir. 1 aprel 2013-cü ildən başlayaraq, həmvətənlərimiz artıq ölkədə olduqlarını şəxsən Azərbaycan Respublikasının Miqrasiya İdarəsində ("Dövlət Miqrasiya Xidməti") qeydiyyatdan keçirməli OLMAYACAQLAR.

Yuxarıda qeyd olan şərt ölkədə qalma müddətinin 3 günü keçdiyi təqdirdə məcburidir. Əslində, yerli səlahiyyət orqanına (Azərbaycan Respublikasının İmmiqrasiya İdarəsi) 3 (üç) iş günü müddətində həmvətənimizin pasportunun surəti ilə qeydiyyat üçün müraciət blankının təqdim olunması, qonaqlama qurumunun (məsələn, otel, spa mərkəzi, pansionat, düşərgə, xəstəxana, ev sahibi və s.) məsuliyyətinə daxildir.

Müraciət qəbul edildikdən sonra səlahiyyətli orqan əcnəbi vətəndaşıi qeydiyyata alacaq və qəbul edən tərəfə qeydiyyat barədə 24 saat ərzində məlumat verəcəkdir. Qeydiyyat viza ilə eyni müddətə malikdir. Vizadan azad olanlar üçün (xidməti/diplomatik pasportu olanlar) 90 gün müddətində etibarlıdır. Qeydiyyat üçün heç bir ödəniş TƏLƏB OLUNMUR.

Vətənə qayıdış və ya yaşayış yerinin dəyişdirilməsi hallarında, ev sahibi və ya qonaqlama müəssisəsi qeydiyyatı ləğv etməsi üçün səlahiyyətli orqana məlumat verir.

Ölkəyə girdikdən sonra - vizanın müddətini (turizm vizası da daxil olmaqla) uzatmaq niyyətində olan həmvətənlər, işəgötürən / dəvət edən tərəfin müşayiəti ilə viza müddəti bitdikdən sonra 7 gün ərzində sözügedən ofisə getməlidirlər. Tələb olunan lazımi sənədlər hazırlanmalı və ölkədə qalma icazəsinin uzadılması üçün blankı doldurulmalıdır. Viza müddətinin istənilən müddətə uzadılması üçün 30 Manat (AZN) rüsum tələb olunur.

Giriş vizasının müddəti bitən şəxslərin ölkədən çıxmasına icazə verilməyəcək. Bu halda Miqrasiya Xidmətinə getmək və 300-400 manat arasında cərimə ödəmək tələb olunur.

Dağlıq Qarabağın faktiki orqanları tərəfindən verilmiş viza, Dağlıq Qarabağa və ya Azərbaycanın işğal olunmuş yeddi bölgəsindən birinə səfəri təsdiqləyən pasport möhürü olan şəxslər üçün Azərbaycana giriş qadağandır. Bu insanlar ölkəyə qanunsuz girişə görə dərhal həbs oluna bilərlər.

 

İş icazəsi

Azərbaycanda işləmək niyyətində olan bütün əcnəbilər, Dövlət Miqrasiya Xidməti və Sosial Müdafiə Nazirliyi tərəfindən verilən iş icazəsi üçün müraciət etməlidirlər. İş icazəsi bir il müddətində qüvvədədir və dörd ilə qədər uzadıla bilər. Dörd il sonra, şəxs bir il ölkədən kənarda yaşadığı halda, yenidən Azərbaycana qayıda bilər.

Bu gün beş illik iş icazəsi üçün də müraciət etmək mümkündür, lakin bunun əldə edilməsi bir qədər çətindir. İş icazəsinin rüsumu 1.000.00 AZN təşkil edir.

Sahibkarlar və rəhbər işçilər üçün iş icazəsi almaq tələb olunmur. İş icazəsi və yaşayış icazəsi eyni zamanda tələb oluna bilər.

 


132