Hava nəqliyyatı
İtaliya ilə əlaqələr aşağıdakı şirkətlər vasitəsilə yalnız hava yolu ilə həyata keçirilir:
Azərbaycan Hava Yolları AZAL
28 may küç 66/68, Bakı
Tel. 012 937121
Veb sayt www.azal.az
Milan Malpensa ilə həftədə iki dəfə birbaşa əlaqə (çərşənbə axşamı və cümə)
TURKISH AIRLINES
Azərbaycan prosp. 11, Bakı
Tel. 012 4977300
Veb sayt : www.thy.com
İstanbuldan gündəlik olaraq Roma, Milan, Venesiya və Bolonya şəhərlərinə uçuşlar var.
LUFTHANSA
Hyatt Regency II, İzmir küç, 1033, 5ci mərtəbə
Tel. 012 4907050/51
Veb sayt: www.lufthansa.com
Frankfurtdan Roma və Milana həftədə 3-4 dəfə uçuşlar həyat keçirir.
AUSTRIAN AIRWAYS
Caspian Plaza, Bakı, C.Cabbarlı küç., 44
Tel. 012 4971822
Veb sayt: www.austrian.com
Həftədə 3-4 dəfə Vyanadan uçuşlar həyata keçirilir.
AEROFLOT
Bakı, Hacıbəyov küç. 23
Tel. 012 4891167/68
Veb səhifə: www.aeroflot.com
Moskva, Roma, Milan və Venesiyaya gündəlik uçuşlar.
Daxili nəqliyyat
Şəhərdə ən çox istifadə edilən nəqliyyat vasitəsi taksidir. Əslində çox sayda, təhlükəsiz və ucuz olsa da (taksometr yoxdur, gəzintinin qiyməti yola düşmədən əvvəl razılaşdırılmalıdır, lakin adətən 5 Manatdan baha olmur), sürücülərlə əlaqə çox vaxt problemlidir. Digər vasitə isə, mərkəzin əsas yerlərini və ətraf zonaları birləşdirən metrodur. Avtobusların iş saatları və dayanacaqları barədə heç bir məlumat olmadığından - demək olar ki, həmişə çox izdihamlı, istifadəsi çətin və əlverişsiz nəqliyyat növü sayılır.
Avtomobillərə gəldikdə isə, əgər tez-tez paytaxtdan kənara çıxırsınızsa, yolsuzluq avtomobilləri almaq məsləhətdir
Bakı ilə Gəncə (ölkənin ikinci şəhəri) arasında, eləcə də Naxçıvanla (İran, Ermənistan və Türkiyə arasında "eksklav" ərazi) daxili hava əlaqələri mövcuddur. Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə də köhnəlmiş və çox yavaş qatarlarla olsa da, dəmir yolu ilə getmək mümkündür. Ən çox istifadə olunan nəqliyyat vasitəsi şəxsi avtomobil, həmçinin marşrut avtobuslarıdır (baxmayaraq ki, onlar çox vaxt köhnə və ləng olurlar). Yol şəbəkəsi son bir neçə ildə təkmilləşdirilib və ölkənin əsas mərkəzləri ilə məhdudlaşsa da, bəzi avtomobil yolları tikilmişdir.