Questo sito utilizza cookie tecnici, analytics e di terze parti.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

Preferenze cookies

Colloquio telefonico tra il Ministro Luigi Di Maio e il Ministro degli Affari Esteri azero, Elmar Mammadyarov – Nazir Luigi Di Maio və Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov arasında baş tutan telefon danışığı

ll Ministro degli Affari Esteri e della Cooperazione Internazionale, Luigi Di Maio, ha avuto un colloquio telefonico con il Ministro degli Affari Esteri dell’Azerbaigian, Elmar Mammadyarov. Al centro della conversazione la lotta alla pandemia di COVID-19, il quadro di sicurezza nella regione e gli intensi rapporti bilaterali, in particolare sul piano economico ed energetico.

Il Ministro Di Maio ha ringraziato il Ministro Mammadyarov per il generoso sostegno offerto all’Italia durante le fasi più acute della pandemia e ha assicurato la disponibilità dell’Italia a rafforzare la cooperazione bilaterale con Baku nella lotta al COVID-19. I due Ministri hanno inoltre condiviso l’opportunità di proseguire gli sforzi internazionali nella lotta globale alla pandemia.

Il Ministro Di Maio ha preso atto degli aggiornamenti del Ministro Mammadyarov in merito alle tensioni che si stanno registrando con l’Armenia, esprimendo forte preoccupazione per i rischi di destabilizzazione della regione. In linea con gli appelli del Segretario Generale delle Nazioni Unite, dell’Unione Europea e dell’OSCE, il Ministro Di Maio ha incoraggiato ogni iniziativa per favorire la de-escalation e promuovere il dialogo.

I due Ministri hanno anche espresso soddisfazione per lo stato dei rapporti bilaterali tra i due Paesi. Entrambi hanno reiterato la forte volontà politica di approfondire ulteriormente le relazioni economiche, anche quale seguito della visita di Stato del Presidente azero Aliyev dello scorso febbraio, e discusso possibili ulteriori opportunità di collaborazione nel settore energetico.

***

Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Luigi Di Maio ilə Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov arasında telefon danışığı baş tutmuşdur. Söhbətin əsas mövzusu COVID-19 pandemiyası ilə mübarizə, bölgədəki təhlükəsizlik məsələsi və xüsusilə də iqtisadi və enerji sahəsində olan sıx ikitərəfli münasibətlər olmuşdur.

Nazir Di Maio, pandemiyanın ən çətin mərhələlərində İtaliyaya göstərilən səxavətli dəstəyə görə minnətdarlığını bildirmiş və İtaliyanın COVID-19 ilə mübarizədə Bakı ilə ikitərəfli əməkdaşlığı gücləndirməyə hazır olduğunu qeyd etmişdir. İki nazir ayrıca, pandemiyaya qarşı qlobal mübarizədə beynəlxalq səyləri davam etdirmək imkanları haqqında danışmışlar.

Nazir Di Maio, Nazir Məmmədyarovun Ermənistanla yaşanan gərginliklər barədə məlumatları nəzərə alaraq, bölgədəki sabitliyin pozulması riskləri ilə bağlı ciddi narahatlığını ifadə etmişdir. Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının və ATƏT-in baş katibinin müraciətlərinə uyğun olaraq, Nazir Di Maio de-eskalasiya və dialoqu təşviq etmək üçün hər təşəbbüsü dəstəklədiyini bildirmişdir.

Nazirlər iki ölkə arasındakı ikitərəfli əlaqələrin vəziyyətindən məmnunluqlarını da ifadə etmişlər. Hər iki həmkar iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün güclü siyasi iradəni bir daha vurğulamış və Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında baş tutan dövlət səfərini xatırlayaraq enerji sahəsində əməkdaşlıq üçün gələcək imkanlarını müzakirə etmişlər.