Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Səfir Klaudio Taffurinin Mingəçevir elektrik stansiyasına səfəri

1

İtaliyanın Azərbaycandakı səfiri, cənab Klaudio Taffuri “Ansaldo Energia” şirkətinin baş direktoru, cənab Fabrizio Fabbri və “Azərenerji”nin prezidenti, cənab Baba Rzayevlə birlikdə Mingəçevir elektrik stansiyasına səfər edib. İtaliyanın “Azenererji” şirkəti ilə 12 dekabr 2022-ci il tarixində imzalanmış müqavilə əsasında “Ansaldo Energia” şirkəti tərəfindən tədarük edilən və ötən il ərzində quraşdırılan iki qaz turbini ilə bağlı işlərin vəziyyətini yoxladıqdan sonra, baş icraçı direktor Fabbri və “Azərenerji”nin prezidenti Rzayev arasında işlərin 2025-ci ilin əvvəlinə qədər başa çatdırılması üçün lazım olan digər iki qaz turbininin təhvil verilməsi üçün müəyyən vaxtların təmin edilməsi zərurəti barədə razılığa gəlinən görüşdə səfir Taffuri də iştirak edib. Görüşdə, həmçinin “Azərenerji”nin yaxın illərdə daha 5 yeni zavodun tikintisi üçün Ansaldo texnologiyasından istifadə etməkdə maraqlı olduğu bildirilib.