Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

2024-2025 Tədris ili üzrə əcnəbi tələbələr və xaricdə yaşayan italyan tələbələri (İRE) üçün İtaliya hökuməti tərəfindən təklif edilən təqaüdlə bağlı elan

1

Mədəni, elmi və texnoloji sahələrdə əməkdaşlığın, dünyada İtaliyanın iqtisadi sisteminin və italyan dili-mədəniyyətinin təşviqi məqsədi ilə (İstinad- Qanun 288/55 və sonrakı düzəlişlər və əlavələr) Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi (MAECI) 2024-2025-ci Tədris ili üzrə əcnəbi tələbələr və xaricdə yaşayan italyan tələbələri (İRE)  üçün təqaüdlər təklif edir.

Təqaüd yalnız İtaliya ərazisindəki kurslara yazılmaq üçün nəzərdə tutulub.

Elan və iştirak edə biləcək ölkələrin siyahısı aşağıdakı səhifədə mövcuddur: https://studyinitaly.esteri.it/ListaBandi.

Namizədlər yalnız “Study in Italy” Portalı vasitəsilə müraciət edə bilərlər.

Onlayn müraciətlər 14 iyun 2024-cü il saat 14.00-a qədər (İtaliya vaxtı ilə) qəbul edilir.