Questo sito utilizza cookie tecnici, analytics e di terze parti.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

Preferenze cookies

İstifadəçi ilə əlaqə

Bu bölmədə italyan soydaşlarımız üçün faydalı məlumatlar tapa bilərsiniz

GP FORMULA 1 – BAKIYA GİRİŞ VİZASININ ALINMASI ÜÇÜN PROSEDURLAR

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, 2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza alınması prosedurlarının sadələşdirilməsini təmin etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2018-ci il tarixli 3591 saylı fərmanına əsasən Formula 1 Qran Pri ilə əlaqədar Azərbaycan Respublikasına gələn və aşağıdakı sənədlərdən birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, 15 mart – 15 may 2018-ci il tarixlərində ölkəyə giriş zamanı, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin struktur bölmələrində viza ala bilərlər.

Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza üçün tələb olunan sənədlər:

– “Formula One Management Limited” şirkəti və Beynəlxalq Avtomobil Federasiyası kimi Formula 1-in beynəlxalq təşkilatçıları tərəfindən müəyyən edilmiş qaydalara əsasən şəxsin akkreditasiyasını təsdiqləyən vəsiqə və ya digər sənəd;

– Bakı Şəhər Halqası Əməliyyatlar Şirkətində akkreditasiyanı təsdiqləyən kart;

– 2018 Formula 1 Azərbaycan Qran Prisinə bilet və ya biletin mövcudluğunu təsdiqləyən sənəd.

2018 Formula 1 Qran Prisi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2016-cı il tarixli 923 saylı Fərmanının 4.2-ci bəndi ilə təsdiq edilmiş ölkələrin siyahısına uyğun olaraq, “ASAN viza” sistemi vasitəsilə elektron viza da ala biləcəklər.