ASSOCAMERE ESTERO
Assocamere estero, dünyadakı italyan Ticarət Palatalarının birliyi olub, palataların fəaliyyətini inkişaf etdirmək, dəyərləndirmək üçün italyan müəssisələri, beynəlxalq və işgüzar təşkilatlarda şəbəkəyə dair məlumatları, xüsusiyyətləri yaymaq məqsədi ilə yaranmışdır.
Assosiasiya:
-Xaricdə italyan Ticarət Palatalarının (CCIE) xidmətlərinin tələbat və imkanlarını təmsil edir;
– Xaricdə italyan Ticarət Palatalarının (CCIE) şəbəkəsinin tanınması və istifadəsini təşviq etmək üçün şəxslər, dövlət və özəl qurumları ilə əməkdaşlıq və strateji ittifaqlar araşdırır;
– müxtəlif “mənbələr” dən əldə olunan təcrübə və yeni texnologiyaları birləşdirir;
– proqram və layihələri şəbəkə səviyyəsində təbliğ edir və yayır;
– yenilənmiş informatika biliklərini təbliğ edir və yayır;
– İtalyan mediası, qurumları, müəssisələri ilə əlaqəli fəaliyyətlər həyata keçirir;
– menecer hazırlığını təşviq və təqdim edir;
– yeni palataların xaricdəki təbliğatçılarına dəstək olur;
– digər ikili milliyətli Avropa ticarət palata sistemləri ilə əlaqələndirmə fəaliyyətini həyata keçirir.