ICE
İtaliya ticarət agentliyi olan ICE, kiçik və orta müəssisələrin, onların konsorsiumları və birliklərinin ehtiyaclarına xüsusi diqqət yetirərək, xarici ölkələrlə İtaliyanın iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, sürətləndirmək və təşviq etmək vəzifəsinə sahib olan dövlət orqanıdır.
ICE şəbəkəsi dünyanın 80 ölkəsində 81 ofis və lakin strateji maraq kəsb edən nisbətən uzaq ərazilərdə isə, 23 büro ilə təmsil olunur.
Xaricdəki ICE nümayəndəliklərinin fəaliyyəti, yardım/məsləhət xidmətləri göstərməyə, ayrı-ayrı şirkətlərin və Sistema Italia-nın lehinə təşviqat tədbirlərinin inkişaf etdirilməsinə, ölkə, ticarət imkanları, beynəlxalq tenderlər, İtaliyaya və ölkə xaricinə sərmayələr barədə məlumat hazırlamağa yönəldilmişdir.