Avropa İttifaqının Giriş/Çıxış Sistemi (EES) 12 oktyabr 2025-ci il tarixindən qüvvəyə minəcək. Bu sistem Şengen zonasının xarici sərhədlərini keçən üçüncü ölkə vətəndaşlarının qısamüddətli qalmaq üçün ölkəyə giriş və çıxışını elektron şəkildə qeydiyyata almaq üçün nəzərdə tutulub. Qeydiyyat həm qısamüddətli viza tələb edən xarici vətəndaşlar, həm də ondan azad olanlar üçün məcburidir. “Qısamüddətli səfərlər” dedikdə EES-dən istifadə edən bütün Avropa ölkələri üçün vahid şəkildə hesablanan 180 gün ərzində maksimum 90 günlük müddət nəzərdə tutulur.
Ətraflı məlumat üçün https://travel-europe.europa.eu saytına daxil olun.