Bu sayt texniki (zəruri) və analitik kukilərdən istifadə edir.
Vebsaytda naviqasiya etdikcə siz kukilərin istifadəsini qəbul edirsiniz.

Elmi mükafatlar. Bir italyan tədqiqatçıya “Farnesina Mükafatı”, “İtalyanca danışan innovasiya”, “Science, she says!” mükafatı.

Ricerca-Scientifica

Bildirilir ki, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi aşağıda qeyd olunan mükafatlar üzrə namizədlərin toplanmasına başlayıb:

 

1)“Farnesina Mükafatı – İtaliyanın ikitərəfli elmi əməkdaşlıq mükafatı”nın səkkizinci buraxılışı, yüksək elmi xidmətlərinə görə illərlə xaricdə fərqlənmiş böyük və kiçik elmi işçilərə həsr olunub; Bu buraxılış üçün çağırış elm və texnologiyanın hər hənsı bir sahəsində ikitərəfli elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda fərqlənmiş böyük tədqiqatçılara ünvanlanıb. Ərizələr 31 yanvar 2025-ci il tarixinədək təqdim edilməlidir. Namizədlər müraciət zamanı Azərbaycanda yaşamalıdırlar. Elanın tam şərtləri bu linkdə mövcuddur.

 

2)“İtalyanca danışan innovasiya” mükafatının səkkizinci buraxılışı Azərbaycanda fəaliyyət göstərən İtaliya vətəndaşları tərəfindən yaradılmış texnoloji startapların yüksək innovativ dəyərini tanımaq məqsədi daşıyır. Müraciətlər 31 yanvar 2025-ci il tarixinədək təqdim edilməlidir. Müraciət zamanı startaplar Azərbaycanda aktiv olmalıdır. Elanın tam şərtləri bu linkdə mövcuddur.

 

3)“Science, She Says!” mükafatının üçüncü buraxılışı Azərbaycanda son 4 ildə fəaliyyət göstərən 40 yaşına çatmamış gənc əcnəbi tədqiqatçıların xidmətlərini qiymətləndirmək niyyətindədir. İtaliya vətəndaşlarının müraciətləri qəbul edilmir. Ərizələr 31 yanvar 2025-ci il tarixinədək təqdim edilməlidir. Elanın tam şərtləri bu linkdə mövcuddur.