Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi (MAECI) mədəni, elmi və texnoloji sahələrdə əməkdaşlığın təşviqi, İtaliyanın iqtisadi sisteminin dünyada proyeksiyası və italyan dili və mədəniyyətinin yayılması məqsədi ilə xaricdə yaşayan azərbaycanlı və italyan tələbələrə (IRE) 2025-2026-cı tədris ili üçün təqaüdlər təklif edir.
Təqaüdlər 9 və ya 3 ay müddətinə (yalnız italyan dili və mədəniyyəti kursları üçün) ayda 1000 avroya bərabər məbləğdə verilir. Maraqlanan şəxslər aşağıda qeyd edilən istiqamətlər üzrə müraciət edə bilərlər:
- Magistr dərəcəsi kursları (2-ci dövr) – Qeyd etmək lazımdır ki, İtaliyada 2-ci dövr magistr kursunun birinci ilinə qeydiyyatdan keçmək üçün namizəd 1-ci səviyyəli təhsil dövrünü başa vurmalı və ərizəni təqdim edərkən üç illik İtalyan təhsil dərəcəsinə (bakalavr pilləsi) malik olmalıdır.
- Ali bədii, musiqi və xoreoqrafik təlim üzrə kurslar (AFAM)
- Doktorluq dərəcəsi almaq üçün kurslar – Phd
- İtaliyanın dövlət qurumlarında birgə tədqiqat layihələri
- İtalyan dili və mədəniyyəti üzrə kurslar (müddəti 3 ay)
Namizədlər yalnız Study in Italy təhsil portalı vasitəsilə müraciət edə bilərlər.
Namizədlər onlayn ərizələr vasitəsilə 16 may 2025-ci il, saat 14:00-dan (İtaliya vaxtı ilə) gec olmayaraq müraciət etməlidirlər.
Qeyd olunan tarixdən sonra daxil olan müraciətlər qəbul edilməyəcək.
Ətraflı məlumat üçün: