Bu sayt texniki, analitik və üçüncü tərəf kukilərindən istifadə edir.
Gözdən keçirməyə davam etməklə siz kukilərdən istifadəni qəbul edirsiniz.

Preferences cookies

“İtaliyanın Bakıdakı Səfirliyi”, İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin tarixinə və Bakıdakı İtalyan diplomatiyasının məkanlarına həsr olunmuş orijinal nəşr

23 oktyabr 2020-ci il tarixində İtaliyanın Bakıdakı Səfirliyi, Xaqani küçəsindəki yeni binaya köçdü. Düz bir əsr öncə məhz həmin küçədə İtaliyanın Kral Hökuməti tərəfindən o zamankı Azərbaycan Demokratik Respublikasına göndərilən diplomatik nümayəndəlik yerləşirdi. Respublika Prezidenti Sergio Mattarellanın 2018-ci ilin iyul ayında Azərbaycana tarixi dövlət səfəri münasibətilə səsləndirdiyi müraciəti və Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Baş katibi Səfir Elisabetta Belloninin giriş mesajı ilə zənginləşdirilmiş “İtaliyanın Bakıdakı Səfirliyi” adlı nəşr 1918-1920-ci illər arasında Azərbaycanın “ilk” qısamüddətli, lakin əlamətdar müstəqillik dövrünə və 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən ikitərəfli münasibətlərin sürətli inkişafına xüsusi diqqət yetirərək əsrlər boyu bu ərazilərdə italyan mövcudluğunu əks etdirən hadisələri özündə cəmləyir. Bundan əlavə, bir sıra fərqli fotoşəkil və tarixi sənədlər sayəsində İtalyan diplomatiyasının Azərbaycandakı məkanları – 2020-ci ilin iyunundan etibarən İtaliya dövlətinə məxsus olan Bakının İçəri Şəhərinin mərkəzində yerləşən Səfir iqamətgahı və ən yaxşı müasir “Made in Italy” adı altında tərtib edilmiş yeni Səfirliyin zərif məkanları da işıqlandırılmışdır.

Kataloqun pdf versiyasını buradan yükləyin:

“İtaliyanın Bakıdakı Səfirliyi”