Luka Di Canfrançesko 28 may 1977-ci ildə Romada anadan olub. “Roma Tre” Universitetinin Siyasi Elmlər fakültəsini bitirdikdən sonra 2002-ci ildə diplomatik karyeraya başlayıb.
Xarici İşlər Nazirliyində o, Baş Müfəttiş Katibliyində əvəzedici, sonra isə Avropa ölkələri üzrə Baş Ofisdə Qərbi Balkanlar üzrə departamentdə əvəzedici olub.
2007-2010-cu illərdə İtaliyanın Sarayevo Səfirliyində Ticari işlər üzrə Birinci Katib, 2010-2012-ci illərdə isə San’a şəhərində olub, burada o, 2011-ci il avqustun 1-dən 2012-ci il mayın 16-dək İtaliyanın Yəməndəki Səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.
2012-ci ildə İtaliyanın Brüsseldəki Atlantik Şurası yanında Daimi Nümayəndəliyində fəaliyyətə başlamış və 2013-cü ildən etibarən Müşavir funksiyasını yerinə yetirmişdir.
2016-cı ildə Nazirlər Şurası Sədrinin Diplomatik Müşavirliyi ofisində çalışıb. 2018-ci ildə İnfrastruktur və Nəqliyyat nazirinin diplomatik müşaviri təyin edilib (2019 və 2021-ci illərdə hökumət dəyişikliyi ilə əlaqədar yenidən təsdiqlənib).
2022-ci ildə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Ölkə Sisteminin Təşviqi Baş İdarəsinin İnteqrasiya Təbliğat İdarəsinin rəisi təyin olunub.
2024-cü ilin may ayından İtaliyanın Bakıdakı Səfiridir.
2019-cu ildə İtaliya Respublikası qarşısında xidmətlərə görə ordeninə layiq görülüb.
Wiame Bounejar ilə ailəlidir.