Questo sito utilizza cookies tecnici (necessari) e analitici.
Proseguendo nella navigazione accetti l'utilizzo dei cookie.

İnkişaf sahəsində əməkdaşlıq

İƏİT tərəfindən təsdiq olunmuş meyarlara əsasən, Azərbaycan inkişaf yardımından rəsmi faydalanan ölkələr sırasına daxil edilməyib.

Ötən illərdə İtaliya iki uşaq evinin yenidən qurulmasında iştirak edərək, uşaqlara qayğı sahəsində mühüm rol oynamışdır; bu fəaliyyət növünə, müəyyən uşaq patologiyalarının müalicəsi və yerli tibb işçilərinin təlimi üçün müntəzəm tibbi heyətin səfərlərinin təşkili də aiddir.

Bundan əlavə, San Raffaele İnstitutu tərəfindən uzun müddətdir Bakıda talassemiya, hemofiliya və vərəm müalicə mərkəzinin yaradılması layihəsi mövcuddur. Ermənistanla müharibədən dərhal sonrakı illərdə, Dağlıq Qarabağdan qaçqın düşən insanlara İtaliya tərəfindən qida yardımlarının göndərilməsi də diqqətə layiqdir. Xatırladaq ki, 2008-ci ilin aprel ayında, partlamamış hərbi sursatların ləğv edilməsinə yönəlmiş NATO / EAPC etibar fonduna İtaliya tərəfindən 50.000 avro ianə köçürülmüşdür.

Ümumiyyətlə, İtaliya, Birləşmiş Millətlər Təşkilatının qaçqınlara dəstək üzrə ixtisaslaşmış qurumlarının (BMMYK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinin həyata keçirdiyi layihələrdə büdcə maliyyələşdirilməsi yolu ilə iştirak edir.